Mükafat almağa gəlmədi, bütün bəşəriyyəti günahlandırdı - VİDEO

© meownauts.comПремия "Золотой глобус"
Премия Золотой глобус - Sputnik Azərbaycan
Abunə olmaq
Avstraliyanın bəzi ərazilərində yanğın o qədər güclü, tüstü o qədər qatıdır ki, onu havadan söndürmək mümkün deyil

BAKI, 6 yanvar — Sputnik. Məşhur aktyor Rassel Krou "Ən yüksək səs" serialına görə "Qızıl qlobus" mükafatını qazanıb. Amma Avstraliyadakı yanğınlar səbəbindən mərasimə gəlməyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Hollivudun Əcnəbi Jurnalistlər Assosiasiyasının (Hollywood Foreign Press Association, HFPA) 77-ci "Qızıl qlobus" mükafatlandırma mərasimi Los-Ancelesdə keçirilir və NBC telekanalının canlı efirində yayımlanır.

Bu il "Qızıl qlobus" alanlar arasında Rene Zellveger, rep ifaçısı Awkwafina, Teron Ecerton, Xoakin Feniks, Bred Pitt, Oliviya Kolman, Lora Dern, Rami Yusef, Kventin Tarantino və digərləri də var.

Yeni Zelandiyada doğulan, amma daha çox Avstraliyada yaşayan aktyor Rassel Krou təntənəli mərasimə qatılmayıb. Təşkilatçıların bildirdiyinə görə, aktyor "evdə qalıb ki, ailəsini ölkəsini bürüyən yanğınlardan qoruya bilsin". Aktyorun mərasim zamanı oxunan ismarışında Krou bildirib ki, getdikcə miqyası artan fəlakət son nəticədə insanların fəaliyyətinin nəticəsidir.

Avstraliyada milyonlarla hektar ərazi yanıb, son aylarda yanğın nəticəsində 17 insan ölüb, minlərlə ev məhv olub, 8 min koala və yüz minlərlə digər heyvan yanaraq ölüb. Bəzi yerlərdə yanğın o qədər güclü, tüstü o qədər qatıdır ki, onu havadan söndürmək mümkün deyil. Hökumət fəlakətdən zərər çəkən rayonlara HDQ gəmilərini və aviasiya göndərir.

Xəbər lenti
0