ABŞ-ın İraqdakı aviabazası da raket atəşinə tutulub

Abunə olmaq
Raket zərbələri Bağdaddan 70 kilometr məsafədəki “Balad” aviabazasına endirilib. ABŞ-ın koalisiya qüvvələrinin olduğu bazaya naməlum istiqamətdən azı 3 raketin atıldığı qeyd olunur.

BAKI, 4 yanvar — Sputnik. ABŞ-ın İraqdakı aviabazası raket atəşinə tutulub.

Sputnik Azərbaycan bu barədə “Report”-a istinadən məlumat verir.

Bildirilir ki, raket zərbələri Bağdaddan 70 kilometr məsafədəki “Balad” aviabazasına endirilib. ABŞ-ın koalisiya qüvvələrinin olduğu bazaya naməlum istiqamətdən azı 3 raketin atıldığı qeyd olunur.

İraqın təhlükəsizlik qüvvələri xəbəri təsdiqləyib. Atəş nəticəsində insan tələfatının olmadığı bildirilib.

Bu gün ABŞ-ın Bağdaddakı səfirliyi yerləşən əraziyə də raket zərbələri endirilib. Həmin əraziyə 2 raket atılıb. 

Xəbər lenti
0