Klinton universitet rektoru oldu

© AP Photo / Julie JacobsonABŞ-ın keçmiş prezidenti Bill Klinton həyat yoldaşı Hilari Klinton ilə
ABŞ-ın keçmiş prezidenti Bill Klinton həyat yoldaşı Hilari Klinton ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Vəzifəsinin icrasına yanvarın 1-dən başlayan keçmiş dövlət katibi universitetin ilk qadın rektoru olacaq.

BAKI, 2 yanvar – Sputnik. ABŞ-ın keçmiş dövlət katibi və prezidentliyə namizəd Hillari Klinton Böyük Britaniyanın Belfast şəhərindəki Kvins Universitetinin fəxri rektoru olub.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, o, 5 il müddətinə sözügedən  ali təhsil müəssisəsinə rəhbərlik edəcək.

Vəzifəsinin icrasına yanvarın 1-dən başlayan keçmiş dövlət katibi universitetin ilk qadın rektoru olacaq.

Qeyd edək ki, H. Klinton 2018-ci ildə universitetin fəxri doktoru seçilib.

Xəbər lenti
0