Həbsxanada kütləvi qiyam qanla bitdi – Xeyli ölən var

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidОкно тюремной камеры, фото из архива
Окно тюремной камеры, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Zakatekas ştatında baş verib. 3 saatdan çox davam edən davada 16 nəfər ölüb, 51 nəfər yaralanıb

BAKI, 2 yanvar – Sputnik. Meksika həbsxanalarından birində baş verən kütləvi davada 16 məhkum həyatını itirib.

Sputnik Azərbaycan xəbər verir ki, məhkumların bir-birinə odlu silah, bıçaq və digər vasitələrlə hücum etdiyi qarşıdurmada polislərdən ölən və yaralanan olmayıb.

Hadisə Zakatekas ştatında baş verib. 3 saatdan çox davam edən davada 16 nəfər ölüb, 51 nəfər yaralanıb.

Qarşıdurmanın yatırılmasından sonra həbsxanada axtarış aparan polis 4 odlu silah, 9 mobil telefon, 17 bıçaq və narkotik maddə aşkar edərək götürüb.

Xəbər lenti
0