17:33 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
34 0 0

Abbas Musəvinin sözlərinə görə, Amerikanın rəsmi şəxslərinin "həyasızlığı" o həddə çatıb ki, İraqın suverenitetini pozan və ən azı 25 iraqlının ölümünə bais olan ABŞ-a qarşı iraqlıların etirazını İranın boynuna atır

BAKI, 1 yanvar — Sputnik. İranın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın İraqdakı səfirliyinə Tehranın hücum təşkil etməsi ittihamlarını boş söz adlandırıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp bir qədər əvvəl demişdi ki, ölkəsinin İraqdakı səfirliyinə təşkil olunan hücumun arxasında İran dayanır və Tehran buna görə tam məsuliyyət daşıyır.

Qurumun saytında yerləşdirilən bəyanatda deyilir ki, İran XİN-in rəsmi nümayəndəsi Abbas Musəvi "Amerika məmurlarının ittihamlarını rədd edərək" İrana qarşı bəyanatlarını "boş söz" adlandırıb, həmçinin sözlərini götür-qoy etməyə, Ağ Evi "regiona qarşı destruktiv münasibəti yenidən gözdən keçirməyə" çağırıb.

Onun sözlərinə görə, Amerikanın rəsmi şəxslərinin "həyasızlığı" o həddə çatıb ki, İraqın suverenitetini pozan və ən azı 25 iraqlının ölümünə bais olan ABŞ-a qarşı iraqlıların etirazını İranın boynuna atır.

Dekabrın 31-də  iraqlılar ABŞ-ın Bağdadda yerləşən səfirliyinə hücum ediblər. Onlar diplomatik korpusun yerləşdiyi binanın hasarını yandırıblar. Divarları alov bürüyüb. Minlərlə adam Amerika əleyhinə şüarlar qışqıraraq binaya daş atıb. Etirazçıları qovmaq üçün güc strukturları gözyaşardıcı qazdan istifadə ediblər. Səfirliyin işçiləri təxliyə ediliblər və hazırda İraqda deyillər.

​İraqlıların səfirliyə hücum etməsinə səbəb ABŞ hərbçilərinin ölkə ərazisindəki "Hizbullah" təşkilatının obyektlərinə aviazərbələr endirməsidir. Hücum Amerika təyyarələrinin atdığı bombalardan həlak olanların dəfn mərasimi bitdikdən sonra başlayıb.  

Dekabrın 29-da ABŞ Qərbi İraqda üç, Şərqi Suriyada isə iki "Hizbullah" obyektinə aviazərbələr endirib. Hücum nəticəsində 30-dan çox insanın öldüyü, 45 nəfərin yaralandığı bildirilir.

Teqlər:
hücum, səfirlik, İraq, ABŞ, İran

Əsas mövzular