ABŞ-ın İraqdakı səfirliyindən VİDEO - bayır yanır

© REUTERS / THAIER AL-SUDANIДемонстранты попытались взять штурмом посольство США в Багдаде
Демонстранты попытались взять штурмом посольство США в Багдаде - Sputnik Azərbaycan
Abunə olmaq
Minlərlə adam Amerika əleyhinə şüarlar qışqıraraq binaya daş atır. Etirazçıları qovmaq üçün güc strukturları gözyaşardıcı qazdan istifadə edirlər

BAKI, 31 dekabr — Sputnik. Jurnalist Babak Taqvey ABŞ-ın Bağdaddakı səfirliyindən videokadrlar yayıb.

​Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, səhər çağlarında iraqlılar səfirliyə hücum ediblər. Onlar diplomatik korpusun yerləşdiyi binanın hasarını yandırıblar. Divarları alov bürüyüb. Minlərlə adam Amerika əleyhinə şüarlar qışqıraraq binaya daş atır. Etirazçıları qovmaq üçün güc strukturları gözyaşardıcı qazdan istifadə edirlər. Səfirliyin işçiləri təxliyə ediliblər və hazırda İraqda deyillər.

Kadrlarda binanın daxilində müdafiə olunan Amerika xüsusi təyinatlıları və İraq əsgərləri görünür.

​Prezident Donald Tramp baş verən hadisələrin arxasında İranın durduğunu iddia edir. "İran bir əsgərimizi öldürüb. Xeyli yaralı var. İndi isə ABŞ-ın İraqdakı səfirliyinə hücum təşkil edir. Biz layiqli cavab vermişik, həmişə də verəcəyik. Onlar buna görə cavab verəcəklər. Biz İraqa xəbər göndərmişik, səfirliyi qoruyacağını gözləyirik", - Tramp sosial şəbəkədəki hesabında yazıb 

​İraqlıların səfirliyə hücum etməsinə səbəb ABŞ hərbçilərinin ölkə ərazisindəki "Hizbullah" təşkilatının obyektlərinə aviazərbələr endirməsidir. Hücum Amerika təyyarələrinin atdığı bombalardan həlak olanların dəfn mərasimi bitdikdən sonra başlayıb.

Dekabrın 29-da ABŞ Qərbi İraqda üç, Şərqi Suriyada isə iki "Hizbullah" obyektinə aviazərbələr endirib. Hücum nəticəsində 30-dan çox insanın öldüyü, 45 nəfərin yaralandığı bildirilir.

Xəbər lenti
0