Çindən qorxulu xəbərlər: 27 adam virus qurbanı oldu

© AFP 2023 / PETER PARKSÇində epidemiya
Çində epidemiya - Sputnik Azərbaycan
Abunə olmaq
Yerli hakimiyyətin məlumatına görə, Uxanda dekabr ərzində 27 virus pnevmoniyası halı aşkarlanıb, yeddi nəfərin vəziyyəti olduqca ağırdır, iki nəfər isə artıq sağalıb və evə yazılıb

BAKI, 31 dekabr — Sputnik. Çinin Hubey əyalətinin Uxan şəhərinin rəhbərliyi burada durmadan anlaşılmaz mənşəli pnevmoniya halları aşkarlandığını bildirib.

"Fasiləsiz olaraq mənşəyi bilinməyin ağciyər iltihabı hallarının aşkar olunması səbəbilə bütün tibb müəssisələrindən statistika aparmağı, xəstələrin vəziyyətini nəzarətdə saxlamağı və bu hallar barədə dərhal məlumat verməyi xahiş edirik", - şəhərin səhiyyə komitəsinin bazar ertəsi yaydığı məlumatda deyilir.

Qurumdan KİV-lərə bildirilib ki, həkimlər xəstəliyin hansı növə aid olduğunu araşdırırlar, xəstələr isə digərlərindən izolyasiya olunurlar.

Yerli hakimiyyətin məlumatına görə, Uxanda dekabr ərzində 27 virus pnevmoniyası halı aşkarlanıb, yeddi nəfərin vəziyyəti olduqca ağırdır, iki nəfər isə artıq sağalıb və evə yazılıb.

Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin mütəxəssisləri Uxana gediblər.

Çində əvvəllər bir neçə dəfə atipik pnevmoniya epidemiyaları olub. ÜST-ün məlumatına görə, 2002-2003-cü illərdəki emidemiya zamanı Çində 350 adam bu xəstəlikdən dünyasını dəyişib, xəstələnənlərin sayı isə 5 min olub. 

Dünya üzrə 30 ölkədə 8.5 min yoluxma aşkarlanıb, 900-dən çox adam ölüb.

Xəbər lenti
0