02:23 27 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
23 0 0

Pentaqonda qeyd ediblər ki, bu zərbələr qruplaşmanın gələcəkdə koalisiya qüvvələrinə qarşı hücum imkanlarını azaltmaq məqsədi daşıyır

BAKI, 29 dekabr — Sputnik. ABŞ "Hizbullah"ın İraq və Suriyadakı beş obyektinə zərbələr endirib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Pentaqon rəhbərinin köməkçisi Conatan Hoffman deyib.

""Kataib Hizbullah"ın İraqdakı bazalara təkrarlanan hücumlarına qarşı ABŞ hərbçiləri müdafiə məqsədilə hərəkatın İraq və Suriyadakı beş obyektinə zərbə endiriblər", - Hofmanın yaydığı məlumatda bildirilir.

Pentaqonda qeyd ediblər ki, bu zərbələr qruplaşmanın gələcəkdə koalisiya qüvvələrinə qarşı hücum imkanlarını azaltmaq məqsədi daşıyır.

"Vurulan obyktlərdən üçü İraqın, ikisi isə Suriyanın ərazisindədir. Bunlar "Kataib Hizbullah"ın koalisiya qüvvələrinə qarşı hücum hazırlayaraq gerçəkləşdirdikləri idarəetmə, qərargah məntəqələri və  silah anbarlarıdır", - Hoffman izah edib. 

ABŞ həmçinin İranı "Kataib Hizbullah" təşkilatına silah ötürməkdə ittiham edib.

Əlaqədar

Təl-Əvivdən Tehrana ard-arda iki xəbərdarlıq – Suriya sizin Vyetnamınız olacaq
Rəsmi Ankara: Rusiyaya görə Suriyada insidentlərin sayı azalıb
İraq höküməti İran qüvvələrini ölkədən çıxara biləcəkmi – politoloq şərhi
Əvvəl İraq, sonra Suriya, indi də... - Ankara növbəti bataqlığın astanasında
İraq prezidenti: "İstefa verməyə hazıram"
Teqlər:
"Hizbullah", İraq, Suriya, ABŞ

Əsas mövzular