İraq prezidenti: "İstefa verməyə hazıram"

© AP Photo / MATT DUNHAMБархам Салех, фото из архива
Бархам Салех, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İraq prezidentinin istefası xəbəri ölkədə oktyabrdan izlənən etiraz aksiyaları, toqquşmalar, talanlar və zorakılıq fonunda yayılıb

BAKI, 26 dekabr — Sputnik. İraq Prezidenti Bərham Saleh istefa verməyə hazır olduğunu bəyan edib. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı "Al-Arabia" telekanalı yayıb.

Dövlət başçısı istefası ilə bağlı müraciət yayıb.

Məlumata görə, Saleh parlamentdə İran yönümlü blok tərəfindən irəli sürülmüş Baş Nazir namizədini təsdiqləməkdən imtina edib. O, etirazçılar tərəfindən rədd ediləcək şəxsi Baş Nazir təyin etməkdənsə istefa verməyi üstün tutduğunu deyib.

Saleh müraciətində bildirib ki, Konstitusiya ona Baş Nazir namizədlərini rədd etmək hüququnu vermir və buna görə də o, istefa ərizəsini parlamentə təqdim etməyə hazırdır.

Xatırladaq ki, İraq prezidentinin istefası xəbəri ölkədə oktyabrdan izlənən etiraz aksiyaları, toqquşmalar, talanlar və zorakılıq fonunda yayılıb.

Xəbər lenti
0