02:22 24 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
8 0 0

Mərhələli şəkildə bir neçə ay ərzində həyata keçiriləcək əməliyyatdan sonra Əfqanıstanda 8-9 min amerikalı əsgəein qalacağı qeyd edilir.

BAKI, 15 dekabr — Sputnik. Ağ Ev administrasiyası gələn həftə Əfqanıstandakı qoşunların sayını təxminən 4 min əsgər azaldılmasını elan etmək niyyətindədir.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə “NBC” televiziyası ABŞ-ın indiki və keçmiş rəsmiləri arasındakı üç mənbəyə istinadən məlumat yayıb.

Mərhələli şəkildə bir neçə ay ərzində həyata keçiriləcək əməliyyatdan sonra Əfqanıstanda 8-9 min amerikalı əsgəein qalacağı qeyd edilir. Mənbələr Əfqanıstandan qoşunların çıxarılmasının nə vaxt başlanılacağı ilə bağlı məlumat verməyib. Bildirilir ki, bu müddət hərbi personalın rotasiya əsasında növbələşdirilməsinin dayandırılması səbəbindən bir neçə ay ərzində mərhələ şəklində həyata keçiriləcək.

Qeyd edək ki, Müdafiə naziri Mark Esper oktyabr ayının sonlarında Kabilə etdiyi səfərdə ABŞ-ın Əfqanıstandakı kontingentinin miqdarını bu ölkədə fəaliyyət göstərən terrorçu qruplara qarşı mübarizəyə zərər vermədən 8,6 min hərbi qulluqçuya qədər azalda biləcəyini açıqlamışdı. Hazırda bu ölkədə Əfqanıstan ordusunun təlimatlandırılması ilə məşğul olan və ekstremistlərə qarşı birbaşa əməliyyatlarda iştirak edən təxminən 14 min ABŞ əsgəri var.

Əsas mövzular