22:46 29 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
18 0 0

Conson 2014-cü ildə baş tutmuş referendumun nəticələrinin həll edici olduğunu və onlara hörmət etməyin vacibliyini bildirib

BAKI, 14 dekabr — Sputnik. Britaniyanın Baş naziri Boris Conson Şotlandiyanın Birinci naziri Nikola Stercenin daha bir müstəqillik referendumu keçirmək planını dəstəkləməyəcəyini bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda məlumatı "Express" nəşri yayıb. Xatırladaq ki, hər iki lider bu yaxınlarda baş tutmuş ümummilli referendumları qalib başa vurublar.

Şotlandiya Milli Partiyasının (SNP) səsvermədə Britaniya parlamentində Şotlandiya üçün ayrılmış 59 yerdən 48-ni qazanmasından sonra Stercen dekabrın 13-də daha bir müstəqillik referendumu keçirməyi tələb edib.

Conson isə yeni seçkinin keçirilməsinə razılıq verməyəcəyini bəyan edib. Qeyd edək ki, 2014-cü ildə keçirilmiş səsvermədə şotlandiyalılar Böyük Britaniyadan ayrılmanı dəstəkləməyiblər.

Baş nazirin ofisinin yaydığı məlumatda deyilir ki, Conson 2014-cü ildə baş tutmuş referendumun nəticələrinin həll edici olduğunu və onlara hörmət etməyin vacibliyini bildirib.

Əsas mövzular