15:08 18 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
828 0 0

Nümayəndələr Palatası tərəfindən qəbul edilən müdafiə büdcəsi qanun layihəsinin gələn həftə Senatda səsə qoyulacağı və sonra imzalanması üçün Trampa göndəriləcəyi gözlənilir

BAKI, 14 dekabr — Sputnik. ABŞ Konqresi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın jurnalist Camal Qaşıqçının qətlində iştirakının olub-olmadığını açıqlaması üçün ABŞ Milli Kəşfiyyat İdarəsinə bir ay vaxt verib. Sputnik Azərbaycan bu barədə "CNNTürk"ə istinadla xəbər verir.

Məlumata görə, ABŞ prezidenti Donald Trampın müşaviri, həm də kürəkəni olan Jared Kuşner Ağ Ev adından Konqres üzvləri ilə danışıqlar aparıb ki, jurnalist Camal Qaşıqçının öldürülməsində Səudiyyə Ərəbistan rəhbərliyini məsul tutan maddələr qanun layihəsindən çıxarılsın. Amma bu maddələr yenidən müdafiə büdcəsi layihəsinə daxil edilib.

Nümayəndələr Palatası tərəfindən qəbul edilən müdafiə büdcəsi qanun layihəsinin gələn həftə Senatda səsə qoyulacağı və sonra imzalanması üçün Trampa göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti də keçən həftə 19 Səudiyyə rəsmisini jurnalistin öldürülməsində rolu olduğu səbəbindən sanksiya siyahısına daxil edildiyini açıqlayıb.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

Hadisədən 18 gün sonra isə Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Qaşıqçı İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü açıqlayıb. Rəsmi məlumata əsasən, Camal Qaşıqçı konsulluqda olarkən, onu Səudiyyə geri qaytarmağa çalışanlarla arasında münaqişə yaranıb. İndiyə qədər jurnalistin cəsədinin harada olduğunu müəyyənləşdirmək mümkün olmayıb.

Əsas mövzular