22:50 29 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
101520

Münaqişə tərəflərinin qətiyyəti və bir-birinə güzəştə getməməsi Türkiyə-Amerika münasibətlərinin bundan sonra da pisləşəcəyini göstərir

Aleksandr Xrolenko, hərbi icmalçı

BAKI, 14 dekabr — Sputnik. Vaşinqtonun öz müttəfiqlərinin hər addımına (istər qaz kəmərinin tikintisi olsun, istərsə də HHM sistemlərinin alınması) sərt və tamahkarcasına nəzarət etmək cəhdi qanunauyğun olaraq beynəlxalq arenada münaqişə vəziyyətlərinin yaranmasına gətirib çıxarır. Bu gün ABŞ və Türkiyənin müttəfiqlik münasibətlərinin möhkəmliyi ciddi şəkildə sınaqdan keçir.

Amerikalı konqresmenlər Rusiyanın zenit-raket sistemlərini (ZRS) alması və yerləşdirməsinə görə Ankaranı cəzalandırmaq istəyirlər. ABŞ Prezidenti Donald Trampın etirazlarına baxmayaraq, ABŞ Senatının beynəlxalq məsələlər üzrə komitəsi S-400 ZRS aldığına və qonşu Suriya ərazisinə girdiyinə görə Türkiyəyə sanksiyalar tətbiqini nəzərdə tutan qanun layihəsini bəyənib. Qanun layihəsini Konqresin hər iki palatasında həm respublikaçılar, həm də demokratlar dəstəkləyirlər. Senatın sənədi dəstəklədiyi təqdirdə, ABŞ Prezidenti Suriyada hərbi əməliyyata aidiyyatı olan Türkiyə Milli Müdafiə naziri Hulusi Akar, digər şəxslər və təşkilatlara qarşı məhdudiyyətlər tətbiq etməyə məcburdur. Administrasiya “Amerikanın rəqiblərinə qarşı sanksiyalar vasitəsilə əks təsir göstərmək barədə” qanun çərçivəsində sanksiya tətbiq etməyə məcbur olacaq. Gələcəkdə Türkiyəyə müdafiə xarakterli geniş spektrli Amerika malları, xidmətləri və texnologiyalarının verilməsi sual altına düşə bilər. Vaşinqton bundan əvvəl Ankaranı F-35 qırıcılarının istehsalı və əldə edilməsi proqramından çıxarıb.

Donald Tramp sanksiyalarla bağlı təmkinli davranış nümayiş etdirir və Ankaranın addımlarının başadüşülən olduğunu vurğulayır. ABŞ Prezidenti xatırladıb ki, Türkiyə Amerikanın “Petriot” HHM sistemini almaq istəyib, amma Barak Obama administrasiyası müttəfiqinə bu sistemi satmaqdan imtina edib.

Türkiyə Rusiyanın “S-400” radarlarını sınaqdan keçirməyə başlayıb

Türkiyə sanksiyalara cavab verməyə hazırdır və hətta bu qanun layihəsi keçsə belə, S-400 sistemindən imtina etməyə hazırlaşmır. Geosiyasi qasırğanın yaxınlaşdığı hiss olunur.

ABŞ Senatının qisası

ABŞ-da hesab edirlər ki, Rusiya Türkiyə ərazisində S-400 sistemindən istifadə etməklə Amerikanın beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrinin zəif yerlərini öyrənə bilər. Vaşinqton bununla bağlı Ankaranı ABŞ-ın maraqlarını satmaqda ittiham edir və Türkiyə əleyhinə sanksiyalar vəd edir. İlkin olaraq, “erməni soyqırımının” tanınması.

ABŞ Senatı dördüncü cəhddən sonra 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələri ermənilərin “soyqırımı” kimi tanıyıb.

Türkiyə Prezidenti administrasiyasının nümayəndəsi Fahrettin Altun qeyd edib: “Qətnamə ABŞ və Türkiyə münasibətlərinə yaxşı heç nə verməyəcək. O, tarixə ABŞ Konqresinin bəzi üzvlərinin Türkiyəyə qarşı məsuliyyətsiz və qeyri-rasional fəaliyyəti kimi düşəcək”.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu mümkün sanksiyalar barədə danışarkən bəyan edib: “ABŞ Konqresinin üzvləri anlamalıdırlar ki, Ankaraya özgəsinin iradəsini qəbul etdirmək mümkün deyil”. Və son altı ayda ikinci dəfə xəbərdarlıq edib ki, Ankara ABŞ-ın Türkiyə ərazisindəki “İncirlik” və “Kürecik” aviabazalarından istifadəsinin qadağan edilməsi məsələsini qaldıra bilər.

Bu layihənin həyata keçirilməsi ehtimalı böyükdür. Çünki Ankara Rusiyanın S-400 ZRS-dən imtinanı istisna edir və 2020-ci ilin aprelinə qədər yeni HHM sisteminin işə salınmasını başa çatdırmaq niyyətindədir (Türkiyənin 2,5 milyard dollara əldə etdiyi 2 divizion “Triumf” S-400 ZRS-i müdafiə qabiliyyətinin ciddi yüksəldilməsidir).

Münaqişə tərəflərinin qətiyyəti və bir-birinə güzəştə getməməsi Türkiyə-Amerika münasibətlərinin bundan sonra da pisləşəcəyini göstərir. Təsadüfi deyil ki, Amerikanın ən böyük qəzeti olan “The New York Times” “Türkiyə və Rusiya bir yerdə Suriyada ABŞ qoşunları üçün İŞİD-dən daha böyük təhlükədir” başlığı ilə çıxıb.

Rusiyadan öldürücü bəyanat: "S-400"lər "F-35"lərin işini poza bilər

İncirlik və Kürecikden gələn son

Ankaranın Vaşinqtonun təzyiqinə ən ağrılı cavabı Türkiyədəki Amerika bazalarının bağlanması olardı. Bu, qaçılmaz olaraq Yaxın Şərqdə və ondan kənarda təlatümlərə gətirib çıxaracaq. Əgər Ankara həqiqətən də İncirlik və Kürecik aviabazalarını ABŞ hərbi-hava qüvvələrinin üzünə bağlasa, ilk növbədə 50-dən çox B-61 nüvə aviabombasının evakuasiyasının vacibliyi ortaya çıxacaq. Pentaqon hələ soyuq müharibə dövründən bu silaha (İncirlik bazasında) və onun 12 rəqəmlik istifadə koduna tam nəzarət edir. B-61 bombalarının Türkiyə ərazisindən çıxarılması bir sıra texnoloji çətinliklərlə bağlıdır və Vaşinqtonla Ankara arasında alyansın faktiki başa çatması anlamına gələcək. “The New York Times” qeyd edir ki, qeyri-stabil vəziyyətdə B-61 bombaları Prezident Ərdoğanın “girovuna” çevrilə bilər.

Türkiyə bayrağı Berlində Türkiyə səfirliyinin qarşısında
© AFP 2020 / JOHN MACDOUGALL

İncirlik Yaxın Şərqdə ən böyük Türkiyə-Amerika bazasıdır, ABŞ-ın İraq və Suriyadakı hərbi əməliyyatları üçün müstəsna əhəmiyyət daşıyır. Adanadakı bu bazada qərargahlar, arsenallar, radionaviqasiya avadanlığı yerləşir və ABŞ HHQ aviasiyasının taktiki təyyarələri daimi döyüş keşiyindədir. Uzunluğu 3000 metr olan uçuş-eniş zolağı strateji bombardmançıları qəbul etməyə imkan verir.Türkiyənin cənub-şərqindəki Malatya əyalətindəki Kürecik bazasında NATO-nun Avropadakı raket əleyhinə müdafiə sisteminin bir hissəsi yerləşir – raket zərbəsinin əvvəlcədən müəyyən edilməsi radarına Pentaqonun mütəxəssisləri xidmət edirlər. Türkiyədə onlarla Amerika hərbi bazası yerləşir və onlar “domino prinsipi” ilə zərər çəkə bilərlər.

Məsələn, Ankarada Amerikanın birləşmiş hərbi missiyasının və aviasiya qrupunun qərargahları yerləşir. Ümumilikdə Türkiyədə 2700 amerikalı hərbçi yerləşir ki, onları da harasa atmaq lazım gələcək. Vaşinqtona çox çətin hərbi-siyasi və tətbiqi texnoloji problemlər təmin edilib.

Vaşinqtondan Ankaraya tərs sillə - Bunu Türkiyə heç gözləmirdi

Yunanıstan amerikalı hərbçilərin Türkiyədən çıxmağa məcbur olduqları təqdirdə, onları öz ərazisində yerləşdirməyə hazır olduğunu bəyan edib. Amma böyük sayda hərbçinin və obyektin yerləşdirilməsi üçün yeni infrastrukturun yaradılması Pentaqona tez, asan və ucuz başa gəlməyəcək. Məsələn, Yunanıstanın Krit adasındakı Suda Amerika bazasının çox məhdud ixtisaslaşması var. Bu baza ABŞ və NATO hərbi dəniz qüvvələrinin Aralıq dənizindəki əsas istinadlarından biridir. Amma Suda bazası, eləcə də Yunanıstanın əsas ərazisi İncirlik bazasından 1000 kilometr qərbdə yerləşir və bu əməliyyat məkanının uğursuzluğunun yerini heç nə kompensasiya edə bilməyəcək.

Amerikanın beşinci nəsil qırıcılarına alternativ tapmaq isə daha asandır. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu dekabrın 11-də bəyan edib ki, ABŞ F-35-ləri satmaqdan imtina etsə, Rusiya onların alternativini təqdim edə bilər. S-400 ZRS-nin əldə edilməsindən sonra Türkiyənin hərbi-siyasi rəhbərliyi Rusiyanın 4++ nəsil çoxməqsədli Su-35 və beşinci nəsil Su-57 təyyarələrinin alınması imkanlarını nəzərdən keçirir.

Əsas mövzular