Hələ də hər şey kəşf edilməyib: Qırmızı dənizdə 4 yeni ada tapıldı

© Sputnik / Aleksey Vitvitskiy / Mediabanka keçidГорода мира. Эйлат
Города мира. Эйлат - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspedisiya zamanı dənizçilər 5,5 min dəniz milindən çox məsafəni qət ediblər, eləcə də Qara, Aralıq və Qırmızı dənizlərdə sahəsi təxminən 7 min kvadrat kilometr olan akvatoriyanı tədqiq ediblər

BAKI, 14 dekabr — Sputnik. Rusiyanın Qara dəniz donanmasına məxsus "Donuzlav" hidroqraf gəmisinin ekipajı Qırmızı dənizdə dörd naməlum quru parçasını aşkar edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Rusiyanın Cənub Hərbi Dairəsinin saytında yerləşdirilib.

Adaların kəşfi 99 günlük ekspedisiya çərçivəsində baş tutub. Ekspedisiya zamanı dənizçilər 5,5 min dəniz milindən çox məsafəni qət ediblər, eləcə də Qara, Aralıq və Qırmızı dənizlərdə sahəsi təxminən 7 min kvadrat kilometr olan akvatoriyanı tədqiq ediblər.

Yeni coğrafi obyektləri kəşf etməklə yanaşı, hidroqraflar üç mərcan adasını da tədqiq ediblər. Bundan əvvəlki tədqiqat 1911-ci ildə baş tutub.

Xəbər lenti
0