08:04 18 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
11 0 0

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun imzası ilə yayılan qərarda ABŞ Senatına etiraz bildirilib. Qərara AKP ilə yanaşı, Cümhuriyyət Xalq Partiyası (CHP), İyi Partiya və Milliyyətçi Hərəkat Partiyası (MHP) imza atıblar

BAKI, 13 dekabr — Sputnik. Türkiyə Böyük Millət Məclisi ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanınması ilə bağlı qəbul etdiyi qanun layihəsinə etiraz edib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyə parlamentinin dörd əsas partiyası birgə qərar qəbul edərək Senatın qanun layihəsinin əsassız olduğunu bildirib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun imzası ilə yayılan qərarda ABŞ Senatına etiraz bildirilib. Qərara AKP ilə yanaşı, Cümhuriyyət Xalq Partiyası (CHP), İyi Partiya və Milliyyətçi Hərəkat Partiyası (MHP) imza atıblar.

Qərarda ABŞ Senatının tarixi həqiqətləri azdırmaq istəyi ilə beynəlxalq hüququn əsas qaydalarını saymaması pislənilib. Qeyd edilir ki, Türkiyə Böyük Millət Məclisi qondarma "erməni soyqırımı" ilə bağlı qərarı təəssüflə qınayır və rədd edir.

Əsas mövzular