Vitse-Prezident: "ABŞ tarixi yalanlarla yenidən yazmaq istəyir"

© Sputnik / Vera Golosova / Mediabanka keçidДевушка в шляпе Статуи Свободы на фоне Нью-Йорка
Девушка в шляпе Статуи Свободы на фоне Нью-Йорка - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Senatı 1915-ci il hadisələrini "erməni soyqırımı" olaraq xarakterizə edən qətnaməni yekdilliklə qəbul edib

BAKI, 13 dekabr — Sputnik. “Birləşmiş Ştatlar Senatı qondarma "erməni soyqırımı" qətnaməsi ilə tarixi yalanlarla yenidən yazmaq cəhdi edib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay öz "Twitter" səhifəsində yazıb.

"Birləşmiş Ştatlar Senatı qondarma "erməni soyqırımı" qətnaməsi ilə tarixi yalanlarla yenidən yazmaq cəhdi edib. Tarixin gerçək şahidləri Senat və ya Palata deyil, tarixi arxivlərdir. Tarixi məsələləri siyasi yönə çəkmək istəyənlərə arxivləri göstəririk. Bütün arxivlərimiz elm adamlarına və tarixçilərə açıqdır. ABŞ Senatının bu qərarını qınayır və rədd edirik", - deyə Fuad Oktay yazıb.

Xatırladaq ki, ötən gün ABŞ Senatı 1915-ci il hadisələrini "erməni soyqırımı" olaraq xarakterizə edən qətnaməni yekdilliklə qəbul edib. 

Qətnamə daha əvvəl Nümayəndələr Palatasında 11 səsə qarşı 405 səslə qəbul edilib, lakin Senat tərəfindən üç dəfə ləğv edilmişdi.

Örl Litsenberger - Sputnik Azərbaycan
SİYASƏT
Amerika səfirinin "soyqırım" açıqlaması çaşdırdı

Qərarın qəbul olunmasından sonra Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq bu qətnamənin hüquqi cəhətdən əsassız olduğunu bildirib: "ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsində tarixi etibarlılıq və hüquqi əsas yoxdur. Bu, tarixin necə siyasiləşdirilməsinə dair nümunədir. Bu qərar həm də Türkiyə ilə ABŞ arasındakı münasibətləri inkişaf etdirmək səylərini pozmaq üçün atılmış sarsıdıcı cəhddir", - bəyanatda deyilir.

Türkiyə XİN-in yaydığı məlumatda bildirilir ki, tarixi siyasi məqsədləri üçün istifadə edənlər faktları görməzdən gəlməklə heç vaxt məqsədlərinə çatmayacaqlar: "Türkiyənin regiondakı həyati maraqlarını qorumaq üçün mübarizəsi belə ədalətsiz və əsassız qərarlara baxmayaraq, qətiyyətlə davam edəcək".

Xəbər lenti
0