Lukaşenko ağır həyatından danışdı: “Yaşamaq istəmirəm”

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidПрезидент Белоруссии Александр Лукашенко
Президент Белоруссии Александр Лукашенко - Sputnik Azərbaycan
Abunə olmaq
“Nazirlərin hesabatlarından sonra yaşamaq istəmirəm. Nahar vaxtı sanki buludların arxasından günəş görünür. Axşam isə əksi baş verir”

BAKI, 13 dekabr — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, gün ərzində onun əhval-ruhiyyəsi dəyişir və nazirlərin hesabatlarından sonra "yaşamaq istəmir", gecələr isə yata bilmir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Lukaşenko ölkənin tibb universitetlərinin tələbələri və müəllimləri ilə görüşü zamanı bildirib.

Belarus prezidenti Aleksandr Lukaşenko - Sputnik Azərbaycan
Belarus liderindən gündəmi qarışdıracaq təklif gəldi

Prezident tibbi praktikanı öz işi ilə müqayisə edib və vurğulayıb ki, həkimin peşəsi "sərt" peşədir

"Sənə (həkimə -red.) bir gün ərzində xeyli sayda kompliment deyilə, baş əyilə, qarşısında diz çökülə, çəkməni öpə bilərlər. Nahardan sonra elə danlayarlar ki, yaşamaq istəməzsən. Sizin taleyiniz belədir. Gün ərzində insanları müalicə edə bilərsiniz, amma bircə dəfə kiməsə kömək edə bilməzsiniz... Sizin həyatınız və əhval-ruhiyyəniz məhz bundan asılı olacaq... Məndə də demək olar ki, eyni vəziyyətdir. Nazirlərin hesabatlarından sonra yaşamaq istəmirəm. Nahar vaxtı sanki buludların arxasından günəş görünür. Axşam isə əksi baş verir. Daha sonra isə gecə yata bilmirəm", - deyə Lukaşenko vurğulayıb.

Xəbər lenti
0