Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Amerikanın "cəhənnəm sanksiyaları" Rusiya üçün qorxulu deyil: səbəbi...

© AFP 2023 / TOBIAS SCHWARZ"Şimal axını-2" layihəsinin tikintisi
Şimal axını-2 layihəsinin tikintisi - Sputnik Azərbaycan
Abunə olmaq
Ola bilsin ki, "cəhənnəm sanksiyaları" və "Şimal axını-2" layihəsinə qarşı bütün tədbirlər paketi həqiqətən də tətbiq olunsun. Lakin hətta amerikalı məmurlar onların effektivliyinə şübhə ilə yanaşırlar

BAKI, 13 dekabr — Sputnik. "Cəhənnəm sanksiyaları" Birləşmiş Ştatların informasiya və qanunvericilik gündəminə qayıdır. Rusiya rublu, dövlət istiqrazları, neft şirkətləri və qaz boruları yenidən senatorların və konqresmenlərin hədəfindədir. "Bonus" kimi ABŞ rəsmi olaraq Rusiyanı "terrorizmin sponsoru" da adlandıra bilər. Bu isə daha çox sanksiyaların tətbiqinə səbəb olacaq.

Здание Капитолия в Вашингтоне через двери офисного здания - Sputnik Azərbaycan
"Sağlam fikir tükənib": ABŞ Senatı Rusiyanı "terrorizmin sponsoru" kimi görür"

Amerika parlamentində Rusiyaya qarşı bir neçə sanksiya təşəbbüsünün müxtəlif baxılma mərhələlərində olması səbəbindən bəzən Rusiya iqtisadiyyatının və maliyyə sektorunun hansı seqmentlərinin təzyiq altında düşə biləcəyini izləmək çətindir.

Bütün sanksiyalara nəzər yetirsək, üç anti-Rusiya paketini ayırd edə bilərik.

Birinci sanksiya paketi "Şimal axını-2" layihəsinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Amerika mediasının yaydığı məlumata görə, bu paket dekabrın 11-də Konqresdə səsvermədən keçmiş 2020-ci ilin hərbi büdcəsinə daxil edilib. Amerikalı qanunvericilər Rusiya qazının müştərilərinə və ya konkret olaraq "Qazprom"a qarşı birbaşa sanksiya tətbiq etməkdən çəkiniblər, lakin hazırda Danimarka sahillərində unikal gəmiləri ilə "Şimal axını-2" xətti üçün boru çəkən şirkətləri vurmaq qərarına gəliblər. ABŞ hesab edir ki, sözügedən şirkətlərin dollar əməliyyatlarına, eləcə də Amerika və ya onun şirkətləri ilə əməkdaşlıq imkanlarına məhdudiyyətlər tətbiq edilməsi halında onlar layihədən çıxacaqlar və bununla da "Qazprom" məcbur olub Ukrayna ərazisi ilə qaz tranzitini saxlayacaq - özü də Kiyevə sərf edən şərtlərlə.

Lakin "Wall Street Journal" nəşrinin xəbər verdiyi kimi, "Qazprom"un təmsilçisi deyib ki, İsveçrənin boru tikinti şirkəti "Allseas" layihədən çıxmalı olsa, "Qazprom" öz gəmilərini, eləcə də rusiyalı podratçılara məxsus gəmiləri uyğunlaşdıraraq işi özü başa çatdıracaq.

Bundestaq üzvü Almaniyanın ABŞ-a "təslim olduğunu" deyir

İkinci sanksiya paketi də "Şimal axını-2" layihəsini vurmaq üçün nəzərdə tutulub. Lakin bu, birbaşa ediləcək. Bu paketin də Konqres və Senatda səsvermədən keçməsi və Tramp tərəfindən imzalanması halında Rusiyanın qaz borusunun sponsorları, yəni boru xəttinin inşasını maliyyələşdirən Avropa şirkətləri sanksiyalara hədəf olacaq.

Lakin bu tədbirlərin effektivliyi şübhə altındadır, belə ki qaz borusu, demək olar ki, tikilib və lazım olan bütün maliyyə vəsaitləri cəlb olunub.

Bundan başqa, analoji qanun layihəsi 2017-ci ildə ABŞ Senatı tərəfindən nəzərdən keçirilərkən rəsmi Berlin nəinki onu qınayıb, hətta Amerikanı "cavab tədbirləri" ilə təhdid edib. "Reuters" agentliyinin verdiyi məlumata görə, o vaxt Almaniya xəbərdar edib ki, Birləşmiş Ştatlar Senatı tərəfindən təklif olunan yeni anti-Rusiya sanksiyalarının alman şirkətlərini cəzalandırması halında Berlin cavab tədbirləri görəcək.

"Almaniyanın İqtisadiyyat naziri Bricit Tsipris bəyan edib ki, Trampın bu planı dəstəkləməsi halında Berlin əks-tədbirlər haqqında düşünməli olacaq", - məlumatda deyilir.

Şimal axını – 2 qaz kəmərinin tikintisi - Sputnik Azərbaycan
Qazımız yoxdur! Avropa "Şimal axını – 2" qaz kəmərini tələb edir

İndi isə Almaniya hökumətinin mövqeyinin dəyişdiyini düşünmək üçün heç bir əsas yoxdur.

Üçüncü sanksiya paketi isə Respublikaçıların daha çox rusofob nümayəndələrinin haqqında danışmağı sevdiyi "cəhənnəm sanksiyaları"dır. Bu qanun layihəsinin rəsmi adı belədir: "Amerikanın təhlükəsizliyinin Kremlin təcavüzündən qorunması" (DASKA). Bu sənədə yaxın həftələrdə baxıla bilər. "Reuters" xəbər verir ki, nəzərdə tutulmuş sanksiyalar xaricdəki seçkilərə müdaxilə səylərini dəstəkləyən Rusiya banklarını, Rusiyanın kibersektorunu, yeni dövlət borcunu, eləcə də "bilavasitə və ya dolayı yolla qanunsuz və korrupsiya fəaliyyətlərinə (Rusiya Prezidenti Vladimir Putinin) adından kömək etdiyi" güman edilən şəxsləri hədəfə alır.

Qanun layihəsi həmçinin Rusiyanın neft-qaz sektoruna, o cümlədən ölkənin neft sənayesinin inkişafı üçün mallar, xidmətlər və maliyyə vəsaitlərini təmin edən şəxslərə qarşı bir sıra sərt tədbirlərin tətbiqini nəzərdə tutur. Qeyd edək ki, Rusiya xəzinəsinin gəlirlərinin təqribən 40 faizi neft-qaz sektorunun payına düşür.

NATO dünyada gedən proseslərə təsir edə biləcəkmi – politoloq şərhi

Amerikalı qanunvericilərin fikrincə, yuxarıda qeyd olunan bütün tədbirlər Rusiyadan müdafiə üçün nəzərdə tutulub. Demək olar ki, konqresmenlər və senatorlar ABŞ-a məxsus olmayan hər bir neft yatağını özlərinə təhqir, bəşəri ədalətin pozulması və milli təhlükəsizliyə təhdid kimi qəbul edirlər.

ABŞ digər ölkələrdəki (məsələn Suriyadakı) "neft problemləri"ni həll etmək üçün istifadə etməyə öyrəşdiyi metodları Rusiyaya qarşı tətbiq edə bilmir. Rusiyanın ordusu, donanması və nüvə gücü buna imkan vermir. Buna görə də senatorlar və konqresmenlər sanksiyalara əl atırlar.

Lakin Rusiyanın neft sektoruna qarşı sanksiyalardan daha çox, onun dövlət borcunu hədəfləyən sanksiyalar amerikalı siyasətçilərdə və ekspertlərdə kəskin emosiyalara səbəb olub. Bu "cəhənnəm sanksiyaları"nın tərəfdarları ümid edirlər ki, Rusiyanın dövlət istiqrazları ilə əməliyyatların qadağan edilməsi valyuta bazarında rubla olan tələbatın aşağı düşməsinə səbəb olacaq və nəticədə Rusiya valyutası zəifləyəcək.

Angela Merkel - Sputnik Azərbaycan
Merkel tabe olmadı - "Şimal Axını 2" layihəsinə dəstək

Güman ki, sanksiya müəllifləri maliyyə bazarlarında iğtişaş və valyuta məzənnəsi ilə bağlı çətinliklər yaratmaqla Rusiya iqtisadiyyatını və cəmiyyətini sındırmağa çalışırlar. Lakin bu nəzəriyyə ilə bağlı bir sıra problemlər var. Bunlardan ən əsası Rusiyadır (bunu amerikalı konqresmenlər başa düşmürlər, çünki onlardan bəzilərinin planetin coğrafiyasından, başqa ölkələrin tarixindən və iqtisadiyyatından başı çıxmır). Rusiya tipik "üçüncü dünya ölkəsi" deyil ki, dövlət istiqrazlarına investisiyaların qarşısının alınması onun üçün fəlakət olsun.

Rusiya hələ 2014-2016-cı illərdə özəl sektorun xaricdən maliyyələşməsinin kəsilməsi ilə bağlı problemlərin əksəriyyətini yaşayıb, 2000-ci illərdə isə dövlətin xarici borcdan asılılığı problemini həll edib.

Bu o demək deyil ki, "cəhənnəm sanksiyaları" Rusiyanın maliyyə və valyuta bazarlarına heç bir təsir göstərməyəcək. Təsir olacaq. Lakin amerikalıların Rusiyanı iqtisadi cəhənnəmə göndərmək planı ilə bağlı ümidləri reallaşmayacaq. Bundan başqa, "cəhənnəm sanksiyaları" ideyası artıq köhnəlib. Bu ideya konkret olaraq maliyyədən başı çıxmayan rusofob senatorların və konqresmenlərin xoşuna gəlir.

Ərəb şeyxləri Amerika aviatexnikasını Rusiya aviatexnikasına dəyişirlər

Lakin ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin o şəxslərdən deyil. O da Rusiyanı sevmir, amma o, maliyyəçidir və artıq iki ildir ki, özünün sanksiya hüququndan istifadə etmir və məcburi şəkildə sanksiyaların tətbiq edilməsi ilə nəticələnəcək qanunların qəbul olunmasına aktiv şəkildə mane olur. Qeyd etmək lazımdır ki, bundan əvvəl də "cəhənnəm sanksiyaları"nı tətbiq etmək cəhdinə cavab olaraq Mnuçin konqresmenlərə və senatorlara məktub yazaraq öz mövqeyini izah edib.

Amerikalı maliyyə nazirinin narahatlığını belə izah etmək olar: əgər Avropa İttifaqı bu tip sanksiyaları tətbiq etməsə (Aİ isə belə bir şey etmək istəmir), Vaşinqton nəinki Rusiyanın cavabı ilə, həm də sərmayədarların – yəni Rusiya istiqrazlarının xarici alıcılarının – Rusiya aktivlərinə çıxışı təmin etmək üçün sadəcə olaraq Amerika banklarını və investisiya fondlarını tərk edərək Avropanın, Yaponiyanın, Çinin və ya offşor maliyyə strukturlarına keçidi ilə üzləşəcək.

Bundan başqa, 2018-ci il ilə müqayisədə Rusiya aktivləri hazırda beynəlxalq sərmayədarlar üçün daha çox cəlbedicidir. Çünki yalnız inkişaf etməkdə olan bazarlarda (xüsusən də Rusiyada) avropalı sərmayədarlar dövlət istiqrazlarına qoyduqları investisiyalardan müsbət və yüksək gəlir əldə etməyə ümid edə bilərlər.

NATO-nun baş katibi Yens Stoltenberq  - Sputnik Azərbaycan
NATO Baş katibindən Rusiya barədə maraqlı sözlər

Deməli, "cəhənnəm sanksiyaları", güman ki, Rusiya üçün qısamüddətli narahatlıq yaradacaq, Amerikanın maliyyə sektoru isə pulunu və müştərilərini itirəcək.

Ola bilsin ki, "cəhənnəm sanksiyaları" və "Şimal axını-2" layihəsinə qarşı bütün tədbirlər paketi həqiqətən də tətbiq olunsun. Lakin hətta amerikalı məmurlar onların effektivliyinə şübhə ilə yanaşırlar. Artıq beş ildir ki, bu tip iyrənc təkliflər elə Konqresin və Senatın kuluarlarında ilişib qalır, ya da prezident administrasiyasında onlara əhəmiyyət verilmir.

Lakin, əgər amerikalı qanunvericilər elə öz maliyyə sektorlarına zərər vurmaq və Avropa İttifaqının maliyyə və energetika sahələrində Amerikanın himayəsindən çıxması prosesinə əlavə impuls vermək qərarına gəlsələr, bu, elə də böyük narahatlıq doğurmayacaq.

Xəbər lenti
0