Consonun böyük planları var

© AFP 2023 / Daniel LEAL-OLIVASМинистр иностранных дел Великобритании Борис Джонсон
Министр иностранных дел Великобритании Борис Джонсон - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin məlumatlara görə, Mühafizəkarlar Partiyası parlamentdə 361, onların ən yaxın rəqibi Leyboristlər isə 203 səs toplayıb

BAKI, 13 dekabr — Sputnik. Seçkilərin nəticələri "Brexit"i həyata keçirmək üçün Mühafizəkarlar partiyasına "güclü yeni mandat" verir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş Naziri Boris Conson bildirib.

"Görünən budur ki, Mühafizəkarlar partiyası "Brexit"i həyata keçirmək, ölkəni birləşdirmək və onu irəliyə aparmaq üçün güclü mandat əldə edib", - deyə Conson vurğulayıb.

Qeyd edək ki, ötən gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilib. Hazırda 650 Seçki dairəsindən 645-nin nəticələri açıqlanıb. İlkin məlumatlara görə, Mühafizəkarlar Partiyası parlamentdə 361, onların ən yaxın rəqibi Leyboristlər isə 203 səs toplayıb.

Xəbər lenti
0