Azərbaycan parlamentindən sonra Knesset də özünü buraxır

© AFP 2023 / EMMANUEL DUNANDИзраильские флаги развеваются перед Кнессетом (израильский парламент)
Израильские флаги развеваются перед Кнессетом (израильский парламент) - Sputnik Azərbaycan
Abunə olmaq
50 deputat qanun layihəsinin lehinə səs verib. Qanun layihəsinin əleyhinə və ya bitərəf deputat olmayıb.

BAKI, 11 dekabr — Sputnik. İyirmi ikinci çağırış İsrail parlamentinin – Knessetinin deputatları parlamenti buraxmaq barədə qərar qəbul edib. Bu barədə Sputnik Azərbaycan "Jerusalem Post"-a istinadən xəbər verir.

Hələlik Parlamenti buraxmaq barədə qanun layihəsi ilkin oxunuşda təsdiqlənib.

"22-ci çağırış Knessetin buraxılması haqqında qərar ilkin oxunuşda qəbul olunub. Belə ki, 50 deputat qanun layihəsinin lehinə səs verib. Qanun layihəsinin əleyhinə və ya bitərəf deputat olmayıb. Qanun layihəsinə əsasən 23-cü çağırış Knessetinə seçkilər 2 mart 2020-ci il tarixində keçiriləcək", - deyə İsrail Parlamentinin saytında bildirilir.

Qərarın qüvvəyə minməsi üçün qanun layihəsi dörd oxunuşdan keçməlidir.

Qeyd edək ki, 22-ci çağırış parlament fəaliyyət müddətinə görə antirekorda imza atıb. Belə ki, Knesset 3 aydan az müddətə fəaliyyət göstərib. Parlamentin buraxılması haqqında qərar ölkə prezidenti tərəfindən parlamentə verilən vaxtın bitməsinə bir neçə saat qalmış verilib. İsraildə koalisiya hökumətinin formalaşdırılması barədə danışıqlar uğurlu olmayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

 

Xəbər lenti
0