ABŞ-da növbəti atışma: azı 6 ölü - VİDEO

© AP Photo / Andres KudackiПолицейские в Нью-Йорке, фото из архива
Полицейские в Нью-Йорке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi xəbərə görə, ölənlərdən biri polis əməkdaşıdır. Məlumata görə, polis əməkdaşları silahlıları zərərsizləşdirib

BAKI, 11 dekabr – Sputnik. ABŞ-ın Nyu-Cersi ştatının Cersi-Siti şəhərində atışma baş verib. Sputnik Azərbaycan xəbər verir ki, insident zamanı 6 nəfər öldürülüb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi xəbərə görə, ölənlərdən biri polis əməkdaşıdır. Naməlum şəxslər qəbiristanlıqda atəş açıb, daha sonra dükanların birində barrikada qurublar. Öldürülən digər şəxslər isə silahlı şəxslərin barrikada qurduğu mağazada açdığı atəş nəticəsində  həlak olublar. Məlumata görə, polis əməkdaşları silahlıları zərərsizləşdirib.CNN də öz növbəsində bildirib ki, hadisəni törədən şəxslərdən biri zərərsizləşdirilib. Lakin onun öldürüldüyü və ya yaralandığı dəqiqləşdirilmir. Qeyd edilir ki, atışma zamanı daha bir neçə nəfər yaralanıb.

Xəbər lenti
0