22:51 29 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
7 0 0

Rusiya Xarici İşlər naziri bəyan edib ki, bu görüş hətta ən çətin münasibətlər durumunda da danışıqlar aparmağın vacib olduğunu sübut edir

BAKI, 11 dekabr – Sputnik. Vaşinqtonda ABŞ Dövlət katibi Mayk Pompeo ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında görüş baş tutub.

Sputnik AzərbaycanRİA Novosti”yə istinadla xəbər verir ki, görüşdən sonra Pompeo və Lavrov birgə mətbuat konfransı keçiriblər.

Tərəflər görüşdə bir çox məsələləri, o cümlədən SHS-3 müqaviləsi, Ukraynadakı vəziyyəti, eləcə də Suriya, Əfqanıstan və Venesuelada durumu müzakirə ediblər. Bundan əlavə, iki ölkənin xarici siyasət idarəsinin rəhbəri Şimali Koreya və İran məsələsinə də toxunublar.

Lavrov bəyan edib ki, bu görüş hətta ən çətin münasibətlər durumunda da danışıqlar aparmağın vacib olduğunu sübut edir: “Dünya arenasında da danışıqlar, onun olmamasından daha yaxşıdır. Biz işgüzar söhbət etmişik, bir birimizə təkcə qulaq asmağa deyil, eşitməyə də çalışmışıq”.

M.Pompeo bildirib ki, ABŞ-Rusiya münasibətləri son illərdəkindən daha yaxşı olmalıdır: "Ölkə rəhbərləri artıq bunun üzərində işləyirlər".

Əsas mövzular