10:20 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
21 0 0

Min iki yüz iyirmi kilometr uzunluğundakı "Şimal axını-2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq.

BAKI, 11 dekabr — Sputnik. Birləşmiş Ştatlar Konqresi 2020-ci il üzrə müdafiə büdcəsinə Rusiyanın "Şimal axını -2" və "Türk axını" qaz kəmərlərinə qarşı sanksiyaların tətbiq edilməsini daxil edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ Senatının Silahlanma üzrə Komitəsinin saytında yerləşdirilən müvafiq sənəddə bildirilir.

Qeyd olunur ki, sanksiyalar "Avropanın enerji təhlükəsizliyinin təmin olunması" tədbirləri kimi nəzərdən keçirilir. Həmçinin sənəddə Rusiya ilə hərbi sahədə əməkdaşlıq da qadağan olunur.

Qanun layihəsinə əsasən, gələn il üçün ABŞ-ın ümumi hərbi büdcəsi 738 milyard dollar olmalıdır.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda sanksiyaların boru kəmərlərinin tikintisində iştirak edən gəmilərə, həmçinin tikintidə iştirak edən şirkətlərin rəhbərlərinə qarşı tətbiq olunacağı bildirilirdi.

Xatırladaq ki, 1220 kilometr uzunluğundakı "Şimal axını-2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi "Qazprom" bəyan edib ki, "Şimal axını-2" layihəsi 2019-cu ilin sonunadək başa çatdırılacaq.

Oktyabrın sonlarında Danimarka Baltik dənizində Bornholmdan cənub-şərqdə özünə məxsus olan qitə şelfində qaz kəmərinin çəkilişinə icazə verib. Buna qədər isə layihə Almaniya, İsveç və Finlandiya ilə razılaşdırılıb.

"Şimal axını-2" layihəsinin tikintisinə Rusiya qazının tranzitinə görə gəlirlərini itirməkdən qorxan Ukrayna, Avropa İttifaqı ölkələrinə öz sıxılmış qazını təklif edən Birləşmiş Ştatlar, bir neçə ölkə - Polşa, Litva və Latviya qarşı çıxır.

Əsas mövzular