CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadınlara daha bir azadlıq verildi - İndi onlar restoranlara...

© AFP 2023 / STRЖенщина в Саудовской Аравии. Архивное фото
Женщина в Саудовской Аравии. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, bu günə qədər Səudiyyə Ərəbistanında bütün kafe və restoranlarda iki qapı olub. Bunlardan birini kişilər, digərini isə aillər və qadınlar istifadə edib.

BAKI, 11 dekabr — Sputnik. Səudiyyə Ərəbistanında hakimiyyət "azadlıqlar yolunda" daha bir addım atıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, yeməkxanalarda qadın və kişilərin ayrı qapılardan girməsini şərt qoyan qadağa götürülüb.

Belə ki, bundan sonra qadınlar və kişilər eyni qapıdan kafe və restoranlara daxil ola biləcək.

Sanna Marin - Sputnik Azərbaycan
Otuz dörd yaşlı qadın siyasətçi dünyanın ən cavan baş naziri olacaq

Bu barədə Səudiyyə Ərəbistanı Bələdiyyələr Nazirliyinin açıqlamasında bildirib ki, restoranlara bu barədə qərarnamə təqdim ediləcək.

Xatırladaq ki, bu günə qədər Səudiyyə Ərəbistanında bütün kafe və restoranlarda iki qapı olub. Bunlardan birini kişilər, digərini isə aillər və qadınlar istifadə edib.

Ancaq ölkədə son zamanlar qadınların xeyrinə yeniliklər baş verir. Belə ki, bu il qadınlara avtomobil idarə etmə və pasport ala bilmə icazəsi verilib. Keçən ilə qədər Səudiyyə Ərəbistannda qadınların avtomobil sürməsi qadağan idi.

Xəbər lenti
0