"Normand" sammiti baş tutdu. Zelenski indi hansı addımı atacaq?

© © Thibault Camus/Pool via REUTERSВстреча глав государств-участников "Нормандского формата" в Елисейском дворце
Встреча глав государств-участников Нормандского формата в Елисейском дворце - Sputnik Azərbaycan
Abunə olmaq
Sammit zamanı Merkel və Makron nəinki Rusiyanın mövqeyini dəstəklədilər, eyni zamanda Ukraynaya Putindən daha çox təzyiq etdilər

Sistemli analiz və proqnozlaşdırma mərkəzinin prezidenti Rostislav İşenko Sputnik üçün

BAKI, 10 dekabr — Sputnik. Parisdə "Normand formatı"nda baş tutmuş görüş zamanı həm Ukrayna nümayəndə heyətini, həm Prezident Zelenskini, həm də onun daxili-siyasi radikal milliyyətçi rəqiblərini eyni vaxtda izləmək çox maraqlı idi. Ukrayna nümayəndə heyətinin məmnunluğu və əminliyi hiss edilirdi. Zelenski hər an radikal milliyyətçiləri xatırlayırdı (Parisdə olmasına və tezliklə Ukrayna paytaxtında onlarla görüşməli olacağına baxmayaraq). Kiyevdəki radikallar isə "kapitulyasiya və rüsvayçılıq" hesab etdikləri prosesi dayandırmağa çalışırdılar.

Встреча глав государств-участников Нормандского формата в Елисейском дворце - Sputnik Azərbaycan
Putin Zelenski ilə ilk görüşdən təəssüratlarını bölüşüb

Kapitulyasiya haqqında elə də əmin deyiləm. Ukrayna hələ ki, müqavimət göstərməyə çalışır. Əslində, Zelenskini yalnız Minsk razılaşmalarının alternativsizliyini tanımağa məcbur ediblər, o isə növbəti görüşlərdə öz mövqeyini müdafiə etmək niyyəti ilə bağlı şərti ortaya qoyub. Rüsvayçılığa gəldikdə isə onlar haqlıdırlar.

Moskva, Berlin və Paris həmrəy çıxış etdilər

Əlbəttə ki, bütün bunlar dünən başlamayıb. Acı "Minsk rüsvayçılığı"nı ilk dəfə Pyotr Poroşenko dadıb. Ancaq o vaxt bu elə də aydın görünmürdü. Birincisi, Poroşenko Minsk razılaşmalarını imzalayarkən Ukrayna ordusu faktiki olaraq darmadağın edilmişdi və qaçırdı, Maydanın tərəfdarları arasında isə hər an təlaş düşə bilərdi. Onun qarşısında belə bir seçim dururdu: heç olmasa, bir şeyi qoruyub saxlamaq və ya hər şeyi itirmək.

İkincisi, bundan əvvəl Paris və Berlin Ukraynanın tərəfində idilər və Kiyevin nazı ilə oynayırdılar. Poroşenko ümid edirdi ki, gələcəkdə sözügedən razılaşmanı yenidən müzakirə etmək və ya özü istədiyi kimi şərh etmək mümkün olacaq.

Dünənki görüşün təşəbbüskarı olmuş Zelenski isə təklikdə qaldı. Rusiya, Almaniya və Fransa Ukrayna ərazisindəki vətəndaş münaqişəsinin həll edilməsi formatı ilə bağlı olaraq vahid, razılaşdırılmış mövqedən çıxış ediblər.

Ukrayna özü bu vəziyyətə səbəb olub. Ukraynalı siyasətçilərə zamanın dəyişdiyini, bugünkü müttəfiqin sabahın düşməni ola biləcəyini, xarici dəstəyin daxili gücü əvəz etməsi yox, artırması halında yaxşı olduğunu izah etməyindən asılı olmayaraq, onlar hələ də Qərbin hər zaman qeyd-şərtsiz olaraq rusofob rejimləri dəstəkləyəcəyinə, ölkənin xarici və təhlükəsizlik siyasətini Qərbin öhdəsinə buraxmağın mümkün olduğuna əmindirlər. Qərb güclüdür, qoruyacaq. Nəticədə, Qərb vəziyyəti başqa cür qiymətləndirəndə Ukrayna tək qalır.

Yenə də deyirəm, Ukrayna özü elə bir vəziyyət yaradıb ki, xarici qüvvələr ona daxili problemlərini necə həll etməli olduğunu diktə edirlər. Kiyev elə düşünürdü ki, "Normand formatı"nda müttəfiqlərlə həmrəy olaraq Rusiyaya təzyiq göstərəcək. Lakin müttəfiqlər tez bir zamanda başa düşdülər ki, Rusiya ilə qarşıdurma daha baha başa gəlir.

Diplomatlar və bürokratlar söz vermişdilər ki, "yeni vicdanlı bir prezident" kimi Zelenskinin "Normand" sammiti zamanı Ukraynanın maraqlarına zidd olaraq "rüşvətxor Poroşenko" tərəfindən imzalanmış Minsk razılaşmalarına yenidən baxılmasını istəməsi halında Fransa və Almaniya onun tərəfini tutacaq. Ancaq əslində Merkel və Makron nəinki Rusiyanın mövqeyini dəstəklədilər, eyni zamanda Ukraynaya Putindən daha çox təzyiq etdilər.

Zelenski radikalların "girovluğunda"

Biri qapını çırpıb "bizə belə bir format lazım deyil" deyə bilər. Ancaq "Normand formatı" Ukrayna ilə Qərbin birliyinin, Ukrayna rəhbərliyinin öz xalqına təqdim edə biləcəyi "Avropaya doğru hərəkət" in son maddi sübutudur. Əgər xalqa həqiqəti desələr ki, Avropa (Paris və Berlinin simasında) artıq Rusiyanın tərəfində oynayır, xalq təbii olaraq belə bir sual verəcək: "Əgər "Avropa xəyanət edəcəkdisə" və "parlaq gələcək" heç vaxt gəlməyəcəkdisə, bəs insanlar nəyə görə qurban verilmişdi, dövlət və cəmiyyət bölünmüşdü, iqtisadiyyat məhv edilmişdi?" Ukrayna Avropa İttifaqında olmayacaq, ukraynalılar da almanlar kimi yaşamayacaq və albanlar kimi işləyəcəklər.

İndiyə qədər Maydan tərəfdarları liderlərini o hesabla bağışlayırdılar ki, Aİ-yə daxil olmaq çox yaxındadır və bundan sonra bütün bədbəxtliklər dərhal başa çatacaq. Amma burada aydın olur ki, bədbəxtliklər hələ təzə başlayır, indiyədək olanlar isə yalnız məşq idi.

Ümumiyyətlə, Zelenski dözmək məcburiyyətindədir və hətta özünü elə göstərir ki, guya baş verənlər xoşuna gəlir. O, seçkiqabağı verdiyi vədini yerinə yetirə və Donbasda sülh yarada bilmir (buna görə tərəfdarları ondan üz döndərirlər). Həmçinin (tamamilə obyektiv səbəblərdən) Ukraynada Poroşenkonun zamanına xas olan Avropa dəstəyini də təmin edə bilmir. Millətçi-radikallar daim onu xəyanətdə şübhəli bilirlər. O, "Normand formatında" tərəfdaşların tələb etdiyi Minsk razılaşmalarını yerinə yetirə bilmir (bu halda onun daxili siyasi gələcəyi yoxdur) və onları yerinə yetirməkdən imtina edə də bilmir (bu halda onun xarici siyasi gələcəyi yoxdur). O, özünün yaratmadığı bir vəziyyətin girovudur və onun bütün bunları təcrübəyə və şəxsi üstünlüyə çevirməyə imkan verən nə təcrübəsi var, nə də keyfiyyətləri.

Президент России Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Putin: "Bir borudan qazın yarısı bir istiqamətə, yarısı digər tərəfə axa bilməz

Biz bütün bunları Paris görüşü zamanı gördük. Təbii ki, bu vəziyyətdə o, məhsuldar ola bilməzdi. Üstəlik, Zelenski Minsk razılaşmalarının hərtərəfli icrasına dərhal başlamağı öhdəsinə götürsə belə, sadəcə bunu edə bilməz. Ya Ukraynaya qayıdarkən bu öhdəliyi rədd edəcək, ya da Kiyevdəki radikallar onun özünə rədd cavabı verəcəklər.

Yeni il üçün nəticə olacaqmı?

Parisdə Minsk razılaşmalarının yerinə yetirilməsi ilə eyni dərəcədə uğurla müzakirə olunan qaz məsələsi haqqında da eyni sözləri demək olar. Üstəlik, təkcə Almaniya deyil, Fransa da Rusiyanın mövqeyini dəstəklədi. Kiyev təslim olmadı, amma bunun da perspektivi yoxdur - Avropa tranzitin təmin olunmasını tələb edir.

Zelenski qısamüddətli möhlət aldı. Dörd aydan sonra, əgər Ukrayna "Minsk" yolu ilə hərəkət etdiyini nümayiş etdirirsə, yenidən görüş razılaşdırılıb. Düşünürəm ki, Kiyevin Rusiya qazının Aİ-yə fasiləsiz tranzitini təmin etmək bacarığı növbəti görüş məsələsinin həllində daha az rol oynayacaq. İlkin nəticələri (saxlanılan şəxslərin "hamını hamıya" prinsipi əsasında mübadiləsi və qaz probleminin həlli) Ukrayna Yeni il öncəsi verməlidir. Əlbəttə ki, çatdırmaq mümkündür, amma Kiyev bu istiqamətdə bir şey etmək istəyəcəkmi?

Zelenski "Normand formatı" qərarlarının icrası və öz radikalları ilə müharibə arasında seçim etməlidir. Qorxuram ki, seçim etməyə cəsarət etməsin.

Xəbər lenti
0