Antarktidaya uçan hərbi təyyarə qəzaya uğrayıb

© © Mark RALSTON / POOL / AFPC-130 Hercules təyyarəsi Antarktidada
C-130 Hercules təyyarəsi Antarktidada - Sputnik Azərbaycan
Abunə olmaq
Çilinin Hərbi Hava Qüvvələri, eləcə də yerli və xarici təyyarələr və gəmilər sağ qalanların tapılması üçün hadisə yerində axtarışa çıxıblar

BAKI, 10 dekabr — Sputnik. Bir qədər əvvəl radarlardan itmiş Çiliyə məxsus "C-130 Hercules" hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı ölkənin Hərbi Hava Qüvvələri "Twitter" səhifəsində yayıb.

Qəza zamanı təyyarədə 38 nəfər olub. Onlardan 17-si ekipaj üzvü, 21-i isə sərnişinlər olub.

Çilinin Hərbi Hava Qüvvələri, eləcə də yerli və xarici təyyarələr və gəmilər sağ qalanların tapılması üçün hadisə yerində axtarışa çıxıblar.

"C-130" təyyarəsi bazar ertəsi yerli vaxtla saat 16:55-də (Bakı vaxtı ilə saat 23:55-də) Punta Arenas şəhərində yerləşən "Çabunko" bazasından Antarktidadakı aviabazaya uçub. Təyyarə neft boru xəttinə xidmət üçün şəxsi heyəti daşıyırmış.

Amerika istehsalı olan "C-130 Hercules" hərbi nəqliyyat təyyarəsi əsasən ABŞ, NATO və digər ölkələr tərəfindən istifadə olunur. Çilinin Hərbi Hava Qüvvələrində yeddi belə təyyarə var.

Xəbər lenti
0