Parisdə "Normandiya Dördlüyü" liderlərinin görüşü başa çatıb

© © CHRISTOPHE PETIT TESSON / POOL / AFPВстреча глав государств-участников "Нормандского формата" в Елисейском дворце
Встреча глав государств-участников Нормандского формата в Елисейском дворце - Sputnik Azərbaycan
Abunə olmaq
Ukrayna üzrə danışıqların "Normandiya" formatı (Rusiya, Ukrayna, Fransa və Almaniya) 2014-cü ilin iyunundan mövcuddur.

BAKI, 9 oktyabr - Sputnik. Parisdə "Normand Dördlüyü" liderləri - Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş başa çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, iki saatdan artıq davam edən görüş Yelisey Sarayında keçirilib.

Bir azdan Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna lideri Vladimir Zelenski arasında ilk təkbətək görüş olmalıdır.

Ukrayna üzrə danışıqların "Normandiya" formatı (Rusiya, Ukrayna, Fransa və Almaniya) 2014-cü ilin iyunundan mövcuddur. Həmin vaxt müttəfiq qoşunlarının Normandiyaya çıxmasının 70 illiyi münasibətilə keçirilən bayramın gedişində dörd ölkə liderləri ilk dəfə Donbassda nizamlanmanı müzakirə ediblər.

Xəbər lenti
0