03:30 27 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
5310

Sosial Demokratlar partiyasının sədri seçilmiş Marin baş nazir kimi əsasən gənc qadınlardan ibarət koalisiya hökumətinə başçılıq edəcək

BAKI, 9 dekabr — Sputnik. Finlandiyanın 34 yaşlı Nəqliyyat və Kommunikasiya naziri Sanna Marin ölkənin baş naziri təyin oluna bilər.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, parlamentin və prezidentin onun namizədliyini dəstəkləyəcəyi təqdirdə Marin nəinki Finlandiyanın, hətta dünyanın ən cavan baş naziri olacaq.

Qeyd edək ki, hazırda Ukraynanın 35 yaşlı Baş naziri Aleksey Qonçaruk dünyanın ən gənc baş naziri hesab edilir.

Məlumata görə, Sosial Demokratlar partiyasının sədri seçilmiş Marin baş nazir kimi qadınlardan ibarət koalisiya hökumətinə başçılıq edəcək. Finlandiyanın koalisiya hökumətində digər dörd partiyaya da əsasən gənc olan qadınlar sədrlik edir: Solçu Alyans partiyasına 32 yaşlı Li Anderson, Yaşıl Birliyə 34 yaşlı Maria Ohisalo, Mərkəz partiyasına 32 yaşlı Katri Kulmuni və İsveç Xalq Partiyasına 55 yaşlı Anna-Maya Henrikson başçılıq edirlər. Buna görə də, Marin öz koalisiyası daxilində heç də ən gənc lider deyil.

Sanna Marin idarəetmə tədqiqatları üzrə magistr dərəcəsinə malikdir. O evlidir və bir uşaq anasıdır.

Əsas mövzular