Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rəsmi Ankara: Rusiyaya görə Suriyada insidentlərin sayı azalıb

© REUTERS / KHALIL ASHAWIМальчик в турецком флаге стоит перед турецким военным транспортным средством в городе Тал Абьяд в Сирии
Мальчик в турецком флаге стоит перед турецким военным транспортным средством в городе Тал Абьяд в Сирии - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Müdafiə naziri: “Biz Rusiyadan olan tərəfdaşlarımızla əlaqədəyik və onlar bu istiqamətdə səylər göstərirlər”

BAKI, 9 dekabr — Sputnik. “Suriya üzrə Rusiya və Türkiyə arasında Memorandumun imzalanması hesabına Suriya Özünümüdafiə Qüvvələrinin (YPG) iştirakı ilə baş verən insidentlərin sayı azalıb”. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib.

"Biz Rusiya ilə saziş imzalamışıq. Lakin biz görürük ki, YPG tamamilə ərazini tərk etməyib, çox ciddi hücumlar həyata keçirilir. Lakin belə insidentlərin sayı müntəzəm olaraq azalır. Çünki biz Rusiyadan olan tərəfdaşlarımızla əlaqədəyik və onlar bu istiqamətdə səylər göstərirlər", - deyə Müdafiə naziri qeyd edib.

Танки израильской армии - Sputnik Azərbaycan
Təl-Əvivdən Tehrana ard-arda iki xəbərdarlıq – Suriya sizin Vyetnamınız olacaq

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

Oktyabrın 22-də isə Soçidə Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Suriya münaqişəsinin həlli ilə bağlı keçirilən danışıqların yekununda Memorandum imzalanıb. Bundan sonra Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu bildirib ki, Türkiyə oktyabrın 9-u Suriyanın şimalında başlatdığı "Sülh bulağı" əməliyyatını müvəqqəti olaraq dayandırıb. Çavuşoğlu qeyd edib ki, əməliyyat hələ də başa çatmayıb və ordu "ehtiyac olduğu təqdirdə" terrorçularla mübarizə aparmağa hazırdır.

https://www.aa.com.tr/tr/politika/bakan-akar-ypg-teroristtir-butun-dunya-bunu-boyle-bilecek/1667682

Xəbər lenti
0