23:34 18 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
1610

Amerika Prezidenti uzun müddətdir ki, İran tərəfi ilə nüvə proqramı və digər məsələlərdə danışıqlar aparmağa çalışır

BAKI, 7 dekabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp İrana amerikalı tələbəni azad etdiyi üçün təşəkkürünü bildirib və əlavə edib ki, bu, iki ölkə arasında razılaşmanın mümkün olduğunu göstərir.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə Amerika lideri sosial şəbəkədəki hüsabında yazıb.

"İrana çox dürüst danışıqlara görə təşəkkür. Görürsünüz, birlikdə biz razılığa gələ bilirik!" - Tramp Twitter-də yazıb. 

​Amerika Prezidenti uzun müddətdir ki, İran tərəfi ilə nüvə proqramı və digər məsələlərdə danışıqlar aparmağa çalışır. Tramp hakimiyyətə gələndən sonra ABŞ birtərəfli qaydada İranla nüvə sazişindən çıxıb.

Bu gün məlum olub ki, ABŞ və İRan həbs olunmuş şəxsləri dəyişiblər. İran casusluqda ittiham etdiyi amerikalı tələbə Vin Siyueni, ABŞ isə bu ölkəyə tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham etdiyi İran əsilli bioloq Məsud Süleymanini azad edib.

Əlaqədar

Prezident yenə əsəbləşdi - Kredit ayırmağı dayandırın
"Rusiya Fransadan bütün Avropaya hücum edib”: məqsəd qisas almaqdır
Trampdan NATO ilə bağlı gözlənilməz bəyanat: "130 milyard ödəməyə məcbur etdim"
Tramp Kanada Baş Nazirini söydü və sammitdən ayrıldı
Avropanın 1 nömrəli ailəsində qalmaqal: Şahzadəyə Trampla görüşmək qadağan olundu

Əsas mövzular