Ərdoğan Türkiyənin Suriyanı tərk edəcəyi günü açıqladı

© © Murat Kula/Presidential Press Office/Handout via REUTERS Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan əlavə edib ki, Türkiyə bu ölkədə "beynəlxalq hüquqdan irəli gələn vəzifələrindən sonunadək istifadə edəcək"

BAKI, 7 dekabr — Sputnik. Türkiyənin Silahlı Qüvvələri Suriyanı bu ölkənin xalqı xahiş etdiyi təqdirdə tərk edəcək.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı deyib.

Çıxışı NTV telekanalı canlı yayımlayıb. 

"Suriya xalqı: "Təşəkkür edirik, indi gedə bilərsiniz" deyəcəyi günə qədər biz Suriyadan çıxmayacağıq", - Ərdoğan bildirib.

O əlavə edib ki, Türkiyə bu ölkədə "beynəlxalq hüquqdan irəli gələn vəzifələrindən sonunadək istifadə edəcək".

Suriyada qadın Hasəkəni bombalama zamanı - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Qüds, Fələstin, Suriyada problemlər qaldıqca səyləri birləşdirməliyik" - dini liderlər

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında "Sülh Bulağı" antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdı.

Oktyabrın 22-də isə Soçidə Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Suriya münaqişəsinin həlli ilə bağlı keçirilən danışıqların yekununda Memorandum imzalanıb. Bundan sonra Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu bildirib ki, Türkiyə oktyabrın 9-u Suriyanın şimalında başlatdığı "Sülh bulağı" əməliyyatını müvəqqəti olaraq dayandırıb. Çavuşoğlu qeyd edib ki, əməliyyat hələ də başa çatmayıb və ordu "ehtiyac olduğu təqdirdə" terrorçularla mübarizə aparmağa hazırdır.

Xəbər lenti
0