Hamilə həyat yoldaşına kimsə yer vermədiyi üçün qəribə addım atdı - VİDEO

© AP Photo / Iuliia StashevskaБеременная женщина, фото из архива
Беременная женщина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xəstəxananın kameralarında qeydə alınan bu görüntü orada çalışan polislər tərəfindən yayımlanıb. Video qısa müddətdə 7 milyon dəfə izlənilib

BAKI, 7 dekabr — Sputnik. Hamilə həyat yoldaşını xəstəxanaya aparan və kimsənin ona yer vermədiyini görən kişi ətrafdakıları təəccübləndirəcək addım atıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hadisə Çində xəstəxanaların birində baş verib. Hamilə həyat yoldaşını həkim müayinəsinə gətirən kişi onun saatlarla ayaq üstdə qalmasına razı olmayaraq yerə əyləşib və qadını kürəyində otuzdurub.

Xəstəxananın dəhlizində əyləşən və bunları izləyən şəxslər isə sadəcə olaraq təəccübləndiklərini büruzə veriblər. Xəstəxananın kameralarında qeydə alınan bu görüntü orada çalışan polislər tərəfindən yayımlanıb. Video qısa müddətdə 7 milyon dəfə izlənilib.

Xəbər lenti
0