İnternetin yeni ulduzu "Qambino" - danışan pişik – VİDEO

Abunə olmaq
Bir neçə gün ərzində videoya 1 milyondan çox baxılıb. Güclü "pişik" şivəsinə baxmayaraq istifadəçilər pişiyin nə dediyini anlayıblar

BAKI, 7 dekabr — Sputnik. İnternetdə "danışan" kürən pişiyin görüntüləri populyarlıq qazanıb. Sputnik Azərbaycan xəbər verir ki, Qambino ləqəbli pişik gözlənilmədən sahibi ilə ingilis dilinə danışıb.

Görüntülərdə Qambinonun digər pişikdən qaçaraq soyuducunun arxasında gizləndiyi görünür. Pişiyin sahibi onu gizləndiyi yerdə videoya çəkdiyi zaman pişik "Well, hi!" (Hə, salam) sözlərinə bənzəyən səs çıxarıb.

A post shared by Gambino Bambino (@gambino_911) on

Bir neçə gün ərzində videoya 1 milyondan çox baxılıb. Güclü "pişik" şivəsinə baxmayaraq istifadəçilər pişiyin nə dediyini anlayıblar. İstifadəçilərin əksəriyyəti pişiyin "cənub şivəsi" ilə danışdığını bildirir.

Xəbər lenti
0