07:27 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
İran prezidenti Həsən Ruhani

Ruhani etiraf etdi – Təzyiq altındayıq, ABŞ-la bir saat içində danışıqlara hazırıq

© REUTERS / Carlo Allegri
DÜNYA
Qısa URL
19 0 0

İran Prezidenti qeyd edib ki, Vaşinqton öz növbəsində əvvəlcə danışıqlara başlayıb, sonra sanksiyaları aradan qaldırmağı istəyir

BAKI, 4 dekabr — Sputnik. İran İslam Respublikası bir saat ərzində Birləşmiş Ştatlarla danışıqlara hazırdır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani bildirib.

"Əgər Birləşmiş Ştatlar sanksiyaları götürsə, biz bir saat ərzində danışıqlara başlayacağıq", - deyə Ruhani vurğulayıb.

İran Prezidenti qeyd edib ki, Vaşinqton öz növbəsində əvvəlcə danışıqlara başlayıb, sonra sanksiyaları aradan qaldırmağı istəyir.

Ruhani vurğulayıb ki, İran son 41 il ərzində sanksiyalar altında yaşayır: "Lakin son iki ildə bu təzyiq maksimum səviyyəyə çatıb. Bizim hökumətimizin bütün səyləri sanksiyalarla bağlı riskləri minimallaşdırmaqdır".

Əsas mövzular