Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Türkiyə prezidentləri görüşəcəklər: vaxt təyin olundu

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İlk növbədə söhbət Türkiyə - Rusiya əlaqələrindən gedir. Onlar çoxşaxəli xarakter daşıyır, çünki gündəlikdə xeyli sayda böyük layihələr var

BAKI, 2 dekabr — Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan 2020-ci il yanvarın 8-də görüşəcəklər. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün İstanbulda baş tutacağını istisna etməyib: "Bəli, yanvarın 8-i iki prezidentin görüşü olacaq. Putinin Türkiyəyə getməsinin əsas mövzusu "Türk axını"nın açılış mərasimidir".

Böyük ehtimalla hər iki lider daha aktual məsələlərdə dialoqu davam etdirmək üçün bu imkandan yararlanacaq: "İlk növbədə söhbət Türkiyə - Rusiya əlaqələrindən gedir. Onlar çoxşaxəli xarakter daşıyır, çünki gündəlikdə xeyli sayda böyük layihələr var".

Президент Турции Тайип Эрдоган выступает на пресс-конференции в особняке Хубера в Стамбуле - Sputnik Azərbaycan
Ərdoğan bu dövlətin siyasətini "bəşəriyyət üçün təhlükə" adlandırdı

O, həmçinin görüş zamanı Suriya da daxil olmaqla, regional problemlərin də müzakirə olunacağını da bildirib.

Xatırladaq ki, bu ilin martın 19-da Türkiyədə "Türk axını" layihəsinin dəniz və yeraltı hissəsi birləşdirilib.

Məlumatda qeyd olunur ki, "sonuncu qaynaq" qaz kəmərinin dəniz və sahil seksiyasını birləşdirəcək.

"Bu, Qara dənizdə qaz kəməri sisteminin yaradılması üzrə bütün kompleks işlərinin bitməsini simvolizə edir", - deyə "Turkstream" şirkətinin bəyanatında bildirilir.

Rusiyadan başlayan və Qara dəniz üzərindən Türkiyəyə Kırklarelinin Vize rayonundan daxil olan Türk Axını Təbii Qaz Boru Kəməri Rusiya qazını ilkin mərhələdə Türkiyəyə, buradan da Avropaya çatdıracaq.

İki ayrı-ayrı boru kəmərilə təbii qaz ötürülməsini təmin edən xətt iki torpaq və iki dəniz hissədən ibarətdir. 2017-ci ilin may ayında dəniz hissəsinin tikintisinə başlanan layihənin ümumi gücü 31,5 milyard kubmetr səviyyəsində müəyyən edilib.

“Türk axını”nın işə düşəcəyi vaxt açıqlandı>>

Dünyanın ən böyük təbii qaz ixracatçısı olan Rusiya ehtiyatlarını dünya bazarlarına köçürmənin strateji və təhlükəsiz yollarını müəyyən edərək təbii qaz ticarətində müxtəlif bazarlara çatmaq istəyir. Bu yollar arasında ən çox gündəmdə olan və Türkiyə ilə strateji tərəfdaşlığın davamını təmin edəcək Türk Axını layihəsi Rusiyanın enerji siyasətinin əhəmiyyətli bir parçasıdır.

Enerji ehtiyatı göndərmə təhlükəsizliyini təmin etmək və geosiyasi mövqeyini gücləndirmək baxımından Türk Axını layihəsi Türkiyəyə əhəmiyyətli üstünlüklər verir. Rusiya da Türkiyə kimi əhəmiyyətli ticarət partnyoru ilə ixracatını davam etdirmə fürsəti qazanır.

Xəbər lenti
0