Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğradı – 17 yaralı

© Mithat Abakan/DHA-Depo Photos via APTürkiyədə avtobus qəzası
Türkiyədə avtobus qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
Eskişehirdə "Bursaspor" futbol klubunun azərkeşlərini daşıyan mikroavtobusun yük avtomobili ilə toqquşub

BAKI, 30 noyabr — Sputnik. Türkiyənin Eskişehir şəhərində sərnişin mikroavtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində xeyli yaralı var.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Eskişehirdə "Bursaspor" futbol klubunun azərkeşlərini daşıyan mikroavtobusun yük avtomobili ilə toqquşması nəticəsində 17 nəfər yaralanıb.

Sərnişin mikroavtobusu Eskişehir-Ankara yolunun 10 kilometrliyində yük maşını ilə toqquşub.

Qəzada yaralanan 17 nəfər xəstəxanalara aparılıb. Onların həyati təhlükəsi yoxdur.

Qəzada yaralanan 17 nəfər "Bursaspor"un bu gün "Adanaspor" ilə oynayacağı oyuna gedirmiş. 

Xəbər lenti
0