Avropa ölkələrindən İrana dəstək – ticarət aparılacaq

© AFP 2023 / ATTA KENARE Молодые девушки проходят перед фреской, на которой изображен иранский национальный флаг в центре столицы Тегерана
 Молодые девушки проходят перед фреской, на которой изображен иранский национальный флаг в центре столицы Тегерана - Sputnik Azərbaycan
Abunə olmaq
2018-ci ildə ABŞ nüvə sazişindən birtərəfli şəkildə çıxıb və İrana qarşı sanksiyalar tətbiq edib. Aİ isə öz növbəsində sazişi qoruyub saxlamağa çalışır

BAKI, 30 noyabr — Sputnik. Finlandiya, Belçika, Danimarka, Niderland, Norveç və İsveç İranla ticarət üçün "INSTEX" mexanizminə qoşulacaqlar.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunmuş birgə bəyanatda deyilir.

Qeyd edək ki, "INSTEX" (Instrument in Support of Trade Exchanges) mexanizmi Almaniya, Fransa və Britaniya tərəfindən bu ilin fevralında hazırlanıb və Avropa İttifaqı (Aİ) şirkətlərinə Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyalarından yan keçərək İranla ticarət apara bilmələrinə imkan verir. Mexanizm iyunda işə salınıb.

Xatırladaq ki, 2015-ci ildə İran, Çin, Fransa, Almaniya, Rusiya, Böyük Britaniya, ABŞ, Almaniya və Aİ arasında nüvə sazişi imzalanıb. 2018-ci ildə isə ABŞ sazişdən birtərəfli şəkildə çıxıb və İrana qarşı sanksiyalar tətbiq edib. Aİ isə öz növbəsində həmin vaxtdan etibarən nüvə sazişini qoruyub saxlamağa çalışır.

Xəbər lenti
0