Hökumət başçısı yıxıldı, tutan olmadı - VİDEO

© AFP 2023 / JOHN MACDOUGALLФедеральный канцлер Германии Ангела Меркель
Федеральный канцлер Германии Ангела Меркель - Sputnik Azərbaycan
Abunə olmaq
Angela Merkel öz çıxışında Ümumdünya Ticarət Təşkilatında dəyişikliklərə ehtiyac olduğunu dilə gətirib.

BAKI, 29 noyabr — Sputnik. Almaniyanın Federal Kansleri Angela Merkel Çoxtərəfli Ticarət və Rəqəmsal Təhlükəsizlik mövzusunda Berlin konfransında çıxışı zamanı səhnəyə çıxarkən büdrəyib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisənin videosu çəkilib. Videoya təxminən 300 min baxış gəlib.

"Mən pilləkəni görmədim. Onlardan düşəndə istifadə edəcəyəm", -deyə Merkel hadisəyə reaksiya bildirib. Büdrəməsinə baxmayaraq, siyasətçi tribunadan tutaraq ayaq üstə qala bilib. Və çıxış edib.

Çıxışında Merkel Almaniyanın sənaye və ticarət palatalarının nümayəndələrinə müraciət edib.

O, həmçinin Ümumdünya Ticarət Təşkilatında dəyişikliklərə ehtiyac olduğunu da dilə gətirib.

Xəbər lenti
0