Tramp Amerika üçün bənzəri olmayan təhlükədir – Rəqibi seçkiyə qoşuldu

© REUTERS / JONATHAN ERNSTПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Biz daha dörd il müddətində prezident Trampın düşünülməmiş və qeyri-etik fəaliyyətinə yol verə bilmərik” – deyə siyasətçi qeyd edib

BAKI, 25 noyabr — Sputnik. Amerikalı milyarder və Nyu-Yorkun keçmiş meri Maykl Blumberq ABŞ-ın hazırkı prezidenti Donald Trampa qalib gəlmək və “Amerikanı bərpa etmək” üçün seçkiyə qoşulduğunu açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, biznesmen bu barədə “Twitter”dəki hesabında yazıb.

​“Biz daha dörd il müddətində prezident Trampın düşünülməmiş və qeyri-etik fəaliyyətinə yol verə bilmərik” – deyə siyasətçi qeyd edib.

Blumberqin prezident olmaq ambisiyası barədə noyabrın əvvəlində xəbər yayılıb. Məlumata görə, 77 yaşlı Blumberq bundan əvvəl Co Baydenin qalib gələcəyini düşünsə də, sonradan demokratlar arasında güclü fiqur olmadığı qənaətinə gələrək, özü seçkilərə qatılmaq qərarı verib. O, bu addımı Trampı Amerika xalqına “bənzəri olmayan təhlükə” saydığı üçün atıb.

Blumberq 2002-ci ildən 2013-cü ilə qədər Nyu-Yorkun meri olub. 2008-ci ildə şəhər qanunlarının dəyişdirilməsi təşəbbüsünü qaldırıb. Bu dəyişikliklər nəticəsində iki müddət əvəzinə, üç müddət bu vəzifəni tutub. 2016-cı il seQçkilərində demokratların namizədi Hillari Klintonu dəstəkləyib.

Xəbər lenti
0