Drakulanın dəhşətli xəstəliyinin sirri çözüləcək

CC0 / boredallrounder / draculaЗамок во Франции, фото из архива
Замок во Франции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Lord Valaxiya Vlad III Tepesin gözündən göz yaşı əvəzinə qan gəlirmiş. Bu da onun xalq arasında qəmli şöhrətə sahib olmasına gətirib çıxarıb

BAKI, 23 noyabr — Sputnik. Alimlər qraf Drakulanın prototipi olan və XV əsrdə yaşamış lord Valaxiya Vlad III Tepesin diaqnozunu müəyyən etməyə qərar veriblər. Sputnik Azərbaycan xəbər verir ki, tədqiqatın əsas mövzusu Rumıniya Milli Arxivindən götürülən tarixi xarakterli məktub olacaq.

Змея - Sputnik Azərbaycan
Nadir xəstəlik ilanları mumiyaya döndərir - FOTO

Tepesin hemolakriya adlı qeyri-adi bir xəstəlikdən əziyyət çəkdiyi məlumdur. Onun gözündən göz yaşı əvəzinə qan gəlirmiş. Bu da onun xalq arasında qəmli şöhrətə sahib olmasına gətirib çıxarıb.

Qeyd edək ki, hemolokriya öz-özünə yaranmır. Hər hansı bir patologiyanın və ya xəsarətin nəticəsidir. Bura xroniki konjonktivit, hormonal pozğunluqlar, aterosklerozun ağır formaları və s. daxildir. “Drakulada” isə xəstəliyin yaranma səbəbi müəyyən edilməmişdi.

Layihə iştirakçıları Qleb Zilberstein və Pier Corcio Riqhetti əlyazmanı öyrənmək və vaxtilə dərmanların tərkib hissəsi olan kimyəvi maddələri müəyyənləşdirmək niyyətindədirlər. Beləliklə, onlar qrafı nəyin narahat etdiyini və nəyi müalicə etməyə çalışdığını müəyyən edə biləcəklər.

Bu üsul artıq praktikada sınaqdan keçirilib. Belə ki, bu üsulla Cakomo Kazanovanın qonoreyadan, Anton Çexovun vərəmdən və Mixail Bulqakovun isə böyrək çatışmazlığından əziyyət çəkdiyi müəyyən edilmişdi.

Xəbər lenti
0