04:21 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Tehran etiraz aksiyalarından sonra, arxiv şəkli

İran ilə bağlı qorxunc iddia – Ölü sayı 250 nəfəri keçib

© Nazanin Tabatabaee/WANA (West Asia News Agency) via REUTERS
DÜNYA
Qısa URL
69 0 0

İran Milli Müqavimət Şurası etirazlarda 251 nəfərin öldüyünü, 3,7 mindən çox insanın yaralandığını, 7 mindən çox adamın isə nəzarətə alındığını iddia edib

BAKI, 22 noyabr — Sputnik. İrandakı aksiyalar zamanı ölənlər barədə qorxunc rəqəmlər açıqlanıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, İranda yanacağın qiymət artımından sonra etirazlar davam edir. İran Milli Müqavimət Şurası etirazlarda 251 nəfərin öldüyünü, 3,7 mindən çox insanın yaralandığını, 7 mindən çox adamın isə nəzarətə alındığını iddia edib.

İran mediası isə İran hökumətinə istinadla bu rəqəmlərin həqiqəti əks etdirmədiyini açıqlayıb. Açıqlamada deyilib ki, hökumət tərəfindən təsdiq edilməyən hər hansı bir itki spekulyativ və etibarsızdır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp sosial media hesabından verdiyi açıqlamada İranda baş verən etirazlar ilə bağlı İran hökumətini şəffaf olmamaqda ittiham edib. Dövlət katibi Mayk Pompeo isə mətbuat konfransında ABŞ-ın İrandakı etirazları yaxından izlədiyini söyləyib.

Əsas mövzular