Türk ordusu terrorçulara aman vermir - Ölənlər var

© AP Photo / Emre TazegulTürk əsgəri, arxiv şəkli
Türk əsgəri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məhv edilən terrorçular "Sülh bulağı" hərəkatının həyata keçirildiyi ərazidə türkiyəli hərbçilərə qarşı hücum planlaşdırırmışlar

 

BAKI, 21 noyabr — Sputnik. Türkiyə Müdafiə Nazirliyi Suriyada PKK terrorçularına qarşı əməliyyat keçirib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, usan pilotsuz aparat vasitəsilə həyata keçirilən əməliyyat zamanı 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Qeyd olunur ki, məhv edilən terrorçular "Sülh bulağı" hərəkatının həyata keçirildiyi ərazidə türkiyəli hərbçilərə qarşı hücum planlaşdırırmışlar.

Xatırladaq ki, ötən gün Türkiyə Silahlı Qüvvələri İraqın şimalında hərbi əməliyyat keçirib. Məlumata əsasən, Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) "Pəncə-3" hərəkatı çərçivəsində İraqın şimalında PKK-nın 10 terrorçusu məhv edilib. Hazırda antiterror əməliyyatları davam edir.

 

Xəbər lenti
0