Kosmosda fövqəladə hadisə: Skafandra su sızdı

© Photo : Roscosmos / Oleg Kononenko Выход в открытый космос космонавтов Энн Макклейн и Ник Хейг
Выход в открытый космос космонавтов Энн Макклейн и Ник Хейг - Sputnik Azərbaycan
Abunə olmaq
"Mühəndislər bunun səbəbini araşdırır" – deyən mütəxəssis əlavə edib ki, hadisə açıq kosmosa çıxma qrafikinə təsir etməməlidir

BAKI, 21 noyabr — Sputnik. Noyabrın 15-də açıq kosmosda iş zamanı amerikalı kosmonavt Endryü Morqanın ayaqqabısının içinə az miqdarda su yığılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə NASA-nın nümayəndəsi danışıb.

Работа Holding Due North фотографа Jake Mosher, вошедшая в шорт-лист конкурса Insight Investment Astronomy Photography of the Year 2018 - Sputnik Azərbaycan
FOTO
Sirli kosmos: 2018-in ən yaxşı şəkilləri

Onun sözlərinə görə, maye Endryü Morqanın skafandrının sağ çəkməsində aşkarlanıb.

"Mühəndislər bunun səbəbini araşdırır" – deyən mütəxəssis əlavə edib ki, hadisə açıq kosmosa çıxma qrafikinə təsir etməməlidir.

Xatırladaq ki, noyabrın 15-də Morgan, Avropa Kosmik Agentliyinin kosmonavtı italiyalı Luka Parmitano ilə birlikdə Beynəlxalq Kosmik Stansiya göyərtəsində işləyib. Onlar ümumilikdə kosmosda 6 saat 32 dəqiqə vaxt keçiriblər. Bu müddət ərzində onlar AMS spektrometrindən qoruyucu qalxan çıxarıblar. Bu cihazı təmir etmək üçün lazım olub.

Spektrometr stansiyaya 2011-ci ildə gətirilib. NASA-nın məlumatına görə, cihazın soyutma sistemindəki dörd nasosdan üçü işləmir. Onun təmiri üçün daha üç kosmik yolun çəkilməsi planlaşdırılır.

Xəbər lenti
0