Dünyanın ən məşhur fironunun ölüm səbəbi açıqlandı

© AFP 2023 / MOHAMED EL-SHAHEDСаркофаг фараона Тутанхамона в Каирском музее
Саркофаг фараона Тутанхамона в Каирском музее - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırmaçı hesab edir ki, Tutanhamon arabadan yıxılıb və ayağını qırıb. Bir müddət sonra isə o yarasına infeksiya düşdüyü üçün ölüb

BAKI, 21 noyabr — Sputnik. Alimlər araşdırma apararaq müəyyən edib ki, qədim Misir fironu Tutanhamon qan zəhərlənməsindən ölüb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o ayağından zədə aldıqdan sonra qanı zəhərlənib.

Misir ehramları - Sputnik Azərbaycan
Misir ehramlarının min illərlə gizli qalan sirri açılır

Yerli arxeoloq Zaxi Havass jurnalistlərə açıqlamasında deyib ki, rəhbərin ölüm səbəbi hələ tam aydın deyil. Çünki onun bədənindəki yaralar həm bədbəxt hadisə, həm də qəsd ola bilər.

Eyni zamanda araşdırmaçı ehtimal edir ki, Tutanhamon arabadan yıxılıb və ayağını qırıb. Bir müddət sonra isə o yarasına infeksiya düşdüyü üçün ölüb.

Alimlərin fikrincə, bu fərziyyə fironun DNT-sinin son təhlilləri ilə də təsdiqlənir.

"Tezliklə biz biləcəyik ki, onda infeksiya olub, yoxsa yox. Əgər olubsa, bu onun bədbəxt hadisə nəticəsində öldüyünü təsdiq edəcək", – deyə arxeoloq vurğulayıb.

Araşdırmanın nəticəsini alimlər 2020-ci ildə açıqlayacaq.

Xəbər lenti
0