Keçmiş prezidentin oğlu öldürüldü

© AFP 2023 / ODD ANDERSENAlmaniyanın keçmiş prezidenti Rixard fon Vaytszekker həyat yoldaşı ilə, arxiv şəkli
Almaniyanın keçmiş prezidenti Rixard fon Vaytszekker həyat yoldaşı ilə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qətlə yetirilən Frits fon Vaytzekker 2005-ci ildən Schlosspark klinikasının baş həkimi olub. Onun atası Rixard fon Vaytzekker 1984-1994-cü illərdə Almaniyanın prezidenti postunu tutub

BAKI, 20 noyabr — Sputnik. Almaniyanın keçmiş prezidenti Rixard fon Vaytszekkerin oğlu Fris fon Vaytszekker leksiya zamanı bıçaqla vurulub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o xəstəxanada dünyasını dəyişib.

Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Əvvəl döydü, sonra üstündən at arabası ilə keçdi – Ağdamda qətl

Faciə Berlində Şarlottenburq sarayının yaxınlığında Schlosspark klinkasında baş verib. Belə ki, çıxışı zamanı Vaytszekkerə bir kişi yaxınlaşaraq onu bıçaqlayıb.

Aldığı xəsarətdən 59 yaşlı həkim dünyasını dəyişib. Eyni zamanda hücum edən şəxsə mane olmağa çalışan leksiya iştirakçılarından biri də xəsarət alıb. Şübhəli artıq həbs edilib. Hadisənin təfərrüatı hələ ki, açıqlanmır.

Qeyd edək ki, Frits fon Vaytzekker 2005-ci ildən Schlosspark klinikasının baş həkimi olub.

Onun atası Rixard fon Vaytzekker 1984-1994-cü illərdə Almaniyanın prezidenti olub.

Xəbər lenti
0