Türkiyə qonşu ölkədə əməliyyat keçirdi – on terrorçu öldürüldü

© AP Photo / Jacques BrinonTürkiyə Hərbi Hava Qüvvələrinə aid qırıcı təyyarə
Türkiyə Hərbi Hava Qüvvələrinə aid qırıcı təyyarə - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Hərbi Hava Qüvvələrinin "Pəncə-3" hərəkatı çərçivəsində anti-terror əməliyyatları davam edir.

BAKI, 20 noyabr — Sputnik. Türkiyə Silahlı Qüvvələri İraqın şimalında hərbi əməliyyat keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata əsasən Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) "Pəncə-3" hərəkatı çərçivəsində İraqın şimalında PKK-nın 10 terrorçusu məhv edilib.

Hazırda anti-terror əməliyyatları davam edir.

Xəbər lenti
0