Ailə görüşü qətliamla bitdi: Xeyli ölən və yaralanan var

© AFP 2023 / JIM WATSON Офицер полиции США, архивное фото
Офицер полиции США, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Hələlik hadisə ilə bağlı heç kim saxlanılmayıb, hüquq mühafizə orqanları əməkdaşları hadisə şahidlərini dindirir və faktla bağlı olay yerində araşdırmalar aparır.

BAKI, 18 noyabr — Sputnik. ABŞ-ın Kaliforniya ştatının Fresno şəhərində, yaşayış binasının arxa həyətində naməlum şəxslərinin açdığı atəş nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Sputnik Azərbaycan "Sacramento Bee" nəşrinə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Стрельба на западе Калифорнии. 28 июля 2019 года - Sputnik Azərbaycan
Sarımsaq festivalında qətliam - ölən və yaralılar var

Nəşr yazır ki, cinayətkar və ya cinayətkarlar əraziyə noyabrın 17-də qohumlar və dostların görüşü baş tutduğu zaman daxil olub. Zərərçəkənlər ət qızardır və amerikan futboluna baxırmışlar. İnsident baş verən zaman ərazidə qadın və uşaqlar olmaqla təxminən 35 nəfər olub.

Polis nümayəndəsi bildirib ki, üç nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Ölən və yaralanan şəxslərin hamısı Asiya mənşəlidir. Hələlik hadisə ilə bağlı heç kim saxlanılmayıb, hüquq mühafizə orqanları əməkdaşları hadisə şahidlərini dindirir və faktla bağlı olay yerində araşdırmalar aparır.

Xəbər lenti
0