İran prezidenti kütləvi etirazlar qarşısında geri çəkildi

© © (Photo by - / Iranian Presidency / AFP)İran Prezidenti Həsən Ruhani, arxiv şəkli
İran Prezidenti Həsən Ruhani, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İran İslam Respublikasının şəhərlərini bürüyən etiraz dalğası dövlət başçısını güzəştə getməyə məcbur edib.

BAKI, 17 noyabr - Sputnik. İran prezidenti Həsən Ruhani yanacağın qiymətinin artmasından zərər çəkən vətəndaşlara dəyən zərərin ödənməsi ilə bağlı fərman imzalayıb.

İran benzinin qiymət artımına etiraz aksiyaları ilə çalxalandığı bir vaxtda, prezident Həsən Ruhani yanacağın qiymətinin artmasından zərər çəkən vətəndaşlara dəyən zərərin ödənməsi ilə bağlı fərman imzalayıb. Sputnik Türkiyə xəbər verir ki, Ruhanı ölkə vətəndaşlarını sakitləşdirmək üçün güzəştə getməyə məcbur olub.

“Yanacağın qiymətinin artmasından zərər çəkən şəxslərə maddi yardımın ayrılması haqqında fərman imzaladım. Dövlətin maliyyə dəstəyi çərçivəsində ödənişlərə sabahdan etibarən başlayacağıq”, - deyə Ruhani bəyan edib.

İranda etirazlar, arxiv şəkli - Sputnik Azərbaycan
İran qarışdı: etiraz aksiyalarında ölən var - VİDEO

Lakin bundan əvvəl prezident ölkədə yanacağın qiymətlərinin artmasını təqdir etmişdi.
Dörd ildir benzinin qiymətini qaldırmadıqlarını xatırladan Ruhani, qiymət artımının əhalinin rifahının yaxşılaşdırılması və aztəminatlı vətəndaşlara yardım məqsədilə tətbiq edildiyini bildirmişdi.
İran prezidenti iqtisadi böhrana baxmayaraq, hökumətin qiymət artımından qazanc əldə etmək məqsədi güdmədiyini, bütün gəlirlərin 60 milyon insana paylanacağını qeyd etmişdi .

İran Milli Neft Məhsullarının Satışı Şirkətinin verdiyi açıqlamaya görə, dövlət tərəfindən subsidiyalaşdırılmış benzinin litri - aylıq 60 litrə qədər olmaqla - min tüməndən 1500 tümənədək qaldırılıb. Hər maşına bir ayda 60 litrdən çox benzin alındığı təqdirdə, benzinin bir litrinin qiyməti 3 min tümənə qaldırılıb.

Dünyanın ən böyük neft hasilatçılarından biri olan İranda hər bir avtomobilə ayda 60 litr benzin dövlət tərəfindən subsidiyalaşdırılır.

Qeyd edək ki, ötən gündən başlayaraq, İranın 100-ə yaxın şəhərində yanacağın qiymətinin qaldırılması ilə əlaqədar etiraz aksiyaları keçirilir.

İki gün ərzində mindən artıq aksiya iştirakçısı saxlanılıb. Ümumilikdə aksiyalarda təxminən 87,5 min insan iştirak edib. Onlardan 82 mindən çoxu kişi olub.

Aksiya iştirakçılarının polislərə hücum etdiyi, bankların ofislərini, mağazaları yandırmağa çalışdığı bildirilir. Təxminən 100 yerli maliyyə qurumunun nümayəndəliyi yandırılıb və ya qarət edilib.

Xəbər lenti
0