Həkimlər Serbiya Prezidentinin həyatını xilas ediblər

© AFP 2023 / MICHAL CIZEKПрезидент Сербии Александр Вучич
Президент Сербии Александр Вучич - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə naziri Zlatibor Lonçar həkimlərin ürəyindəki problemlə bağlı xəstəxanaya yerləşdirilmiş Vuçiçin həyatını xilas etdiklərini bildirib.

BAKI, 17 noyabr - Sputnik. Həkimlər Serbiya Prezidenti Aleksandar Vuçiçin həyatı xilas edib.

APA-nın verdiyi məlumata görə, Serbiya Səhiyyə naziri Zlatibor Lonçar həkimlərin ürəyindəki problemlə bağlı xəstəxanaya yerləşdirilmiş A. Vuçiçin həyatını xilas etdiklərini bildirib.

Səhiyyə naziri deyib ki, A. Vuçiçin ürəyində kiçik xroniki problem olub, ancaq cümə günü axşam durumu ağırlaşıb və həkimə müraciət edib. Həkimlər dövlət başçısının həyatının təhlükədə olduğu qənaətinə gəliblər. Hərbi-Tibbi Akademiyanın həkimləri təcili lazımi tədbirlər görüb, Prezidentin orqanizmi müalicəyə müsbət reaksiya verib. Səhiyyə naziri həkimlərə təşəkkür edib, onların peşəkarlığını yüksək qiymətləndirib.

Xəbər lenti
0