Amerikalıların əlinə rus tankı düşərsə - VİDEO

© AFP 2023 / AHMAD AL-RUBAYEAmerika ordusunun əsgəri Bağdadda
Amerika ordusunun əsgəri Bağdadda - Sputnik Azərbaycan
Abunə olmaq
T-80U - T-80 ailəsindən olan əsas döyüş maşınıdır. Onun döyüş çəkisi 46 tondur. "Refleks-M" idarəolunan raket silahı və "İrtış" idarəetmə kompleksi ilə təchiz olunub

BAKI, 16 noyabr — Sputnik. Amerikanın "Greywolf" zirehli tank briqadasının hərbçiləri T-80U tankını test ediblər. Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, təlimlərdən video bölmənin "Twitter" səhifəsində paylaşılıb. 

Manevrlər Cənubi Koreyada keçirilib. 2017-ci ildə bu ölkənin hərbçilərinin sərəncamında 80 belə tank vardı.

​T-80U - T-80 ailəsindən olan əsas döyüş maşınıdır. Onun döyüş çəkisi 46 tondur. "Refleks-M" idarəolunan raket silahı və "İrtış" idarəetmə kompleksi ilə təchiz olunub.

​Bu tanklar 1985-ci ildən istismardadır. Rusiya və Cənubi Koreyadan başqa, Kiprdə də belə hərbi maşınlar var.

Xəbər lenti
0